Primeronun 3-cü turunda 1:2 hesablı məğlubiyyətlər seriyası

Primeronun 3-cü turunda 1:2 hesablı məğlubiyyətlər seriyası
XƏBƏR 20 Sentyabr 2010 / 11:42 1757
-  A +

İspaniya La Liqasında 3-cü turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, dünən gecə daha 5 qarşılaşma oynanılıb. Ötən tur “Barselona”ya şok məğlubiyyət yaşadan “Erkules” bu dəfə doğma meydanda “Valensiya”ya yenilib. “Vilyarreal” da səfərdən 2:1 hesablı qələbə ilə dönüb. “Rasinq” “Saraqosa”nı doğma meydandan 2 cavabsız qolla məğlub yola salıb. “Barselona” ilə “Sevilya” isə hər ikisi səfərdən 2:1 hesablı qələbəylə qayıdıb.
Qeyd edək ki, hesabat turunun ilk oyunları şənbə günü baş tutmuşdu. İlk oyun günündə 4 qarşılaşma baş tutub. “Espanyol” doğma meydanda “Almeriya”nı, “Malyorka” isə “Osasuna”nı məğlub edib. “Sportinq” azarkeşlərinin gözü qarşısında 2:0 öndə olduğu qarşılaşmadan 1 xalla ayrıldığı halda, Joze Mourinyolu Madrid “Real”ı “Real Sosyedad”la səfər matçında çətin qələbəyə sevinib. Bütövlükdə isə bu tur baş tutan 9 qarşılaşmadan beşi qonaq komandaların 2:1 hesablı qələbəsi ilə nəticələnib ki, bu da diqqət çəkməyə bilməz.
Hesabat turuna bu gün keçiriləcək yeganə oyunla yekun vurulacaq.

İspaniya La Liqası
3-cü tur
18 sentyabr

“Espanyol” – “Almeriya” – 1:0
Qol: Kallejon, 47.

“Malyorka” – “Osasuna” – 2:0
Qollar: Flano, Kastro, 23-pen. Quzman, 90.

“Sportinq” – “Athletik” – 2:2
Qollar: Migel, 13. Sanqoy, 23 – Qurpegi, 29. Lyorente, 58.

“Real Sosyedad” – “Real” – 1:2
Qollar: Di Mariya, 51. Ronaldo, 74 - Tamudo, 62.

19 sentyabr

“Erkules” – “Valensiya” – 1:2
Qollar: Trezeqe, 43-pen. - Mata, 2. Ernandes, 23.
Matçın 50-ci dəqiqəsində “Valensiya”nın üzvü Navarro qırmızı vərəqə alıb.

“Levante” – Vilyarreal” – 1:2
Qollar: Kayçedo, 90 – Nilmar, 16; 42.

“Rasinq” – “Saraqosa” – 2:0
Qollar: Enrike, 76. Nahuelpan, 90.

“Atletiko” – “Barselona” – 1:2
Qollar: Qarsiya, 25 – Messi, 13. Pike, 33.
Matçın 90-cı dəqiqəsində meydan sahiblərinin oyunçusu Uyfaluşi qırmızı vərəqə alıb.

“Malaqa” – “Sevilya” – 1:2
Qollar: Rondon, 14 – Alfaro, 20. Kaseres, 45.

20 sentyabr

00:00. “Deportivo” – “Xetafe”

1  "Valensiya" 3 3 0 0 6-2 9
2  "Sevilya" 3 2 1 0 6-2 7
3  "Real" 3 2 1 0 3-1 7
4  "Atletiko" 3 2 0 1 7-3 6
5  "Vilyarreal" 3 2 0 1 6-2 6
6  "Barselona" 3 2 0 1 5-3 6
7  "Espanyol" 3 2 0 1 4-5 6
8  "Atletik" 3 1 1 1 4-4 4
9  "Real Sosyedad" 3 1 1 1 4-4 4
10  "Malyorka" 3 1 1 1 2-2 4
11  "Sportinq" 3 1 1 1 4-6 4
12  "Xetafe" 2 1 0 1 5-4 3
13  "Erkules" 3 1 0 2 3-3 3
14  "Malaqa" 3 1 0 2 7-8 3
15  "Rasinq" 3 1 0 2 2-4 3
16  "Deportivo" 2 0 2 0 0-0 2
17  "Almeriya" 3 0 2 1 2-3 2
18  "Osasuna" 3 0 1 2 0-3 1
19  "Saraqosa" 3 0 1 2 3-7 1
20  "Levante" 3 0 0 3 3-10 0


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki