Kovalyov oynamadı, komandası 3-cü oyununu da 0:0 tamamladı

Kovalyov oynamadı, komandası 3-cü oyununu da 0:0 tamamladı
XƏBƏR 20 Sentyabr 2010 / 11:31 1647
-  A +

Türkiyənin Bank Asya birinci liqasında növbəti turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, həmyerlimiz Vitali Kovalyovun şərəfini qoruduğu “Katalspor” doğma divarlar arasında “Samsunspor”la qarşılaşıb. İlk iki oyununda meydanı qol vurmadan, buraxmadan tamamlayan həmyerlimizin komandası bu dəfə də ənənəsinə sadiq qalıb. Kovalyovun forma geymədiyi matç 0:0 hesabıyla başa çatıb. Hazırda 3 xalı olan “Kartalspor” turnir cədvəlində 18 komanda arasında 9-cu pillədə yer alır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın