“Yuventus” özünə gəldi, “Roma” 2 top fərqli qələbəni əldən verdi

“Yuventus” özünə gəldi, “Roma” 2 top fərqli qələbəni əldən verdi
XƏBƏR 20 Sentyabr 2010 / 11:25 1651
-  A +

İtaliya A Seriyasında 3-cü turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan hesabat turunun qalan oyunlarında ciddi sensasiya qeydə alınmayıb. Son ölkə çempionu “İnter” səfərdə “Palermo” əzmkar qələbəyə sevindiyi halda, cari mövsümə heç də uğurlu başlamayan “Yuventus” “Udineze”ni darmadağın edib. Günün yeganə sensasiya sayıla biləcək olayı bu mövsümün digər uğursuzu “Roma”nın “Bolonya” ilə ev oyununda 2:0 hesablı üstünlüyü əldən verməsi olub.
Qeyd edək ki, bu turun ilk oyun günündə 2 qarşılaşma baş tutmuşdu. “Fiorentina” doğma meydanda “Latsio”nu qəbul edib. Ötən tur səfərdə “Leççe”yə məğlub olan florensiyalılar bu dəfə öz meydanında acı yenilgiylə üzləşib. “Milan” isə “Kataniya” ilə ev oyununda yenə qələbə qazana bilməyib. Hesabda geri düşən milanlılar yalnız məğlubiyyətdən yaxa qurtarmağa güc tapıb.

İtaliya A Seriyası
3-cü tur

18 sentyabr

“Fiorentina” – “Latsio”
Qollar: Lyajiç, 19-pen. – Ledesma, 32. Kozak, 67.

“Milan” – “Kataniya” – 1:1
Qollar: İnzaqi, 45 – Kapuano, 27.

19 sentyabr

“Bari” – “Kalyari” – 0:0

“Roma” – “Bolonya” – 2:2
Qollar: Boryello, 8. Rubin, 59-öz qapısına – Di Vayo, 77; 90.

“Çezena” – “Leççe” – 1:0
Qol: Boqdani, 55.
Matçın 38-ci dəqiqəsində “Çezena”nın üzvü Koluççi, 80-ci dəqiqəsində isə Munari qırmızı vərəqə alıb.

“Kyevo” – “Breşiya” – 0:1
Qol: Diamanti, 30.

“Palermo” – “İnter” – 1:2
Qollar: İliciç, 28 - Eto´o, 62; 70.

“Parma” – “Cenoa” – 1:1
Qollar: Zakkardo, 72 – Toni, 28-pen.

“Udineze” – “Yuventus” – 0:4
Qollar: Bonuççi, 18. Kvalyarella, 24. Markizio, 43. Yakinta, 77.

“Sampdoriya” – “Napoli” – 1:2
Qollar: Kassano, 79-pen. – Hamşik, 84. Kavani, 87.

1  "Çezena" 3 2 1 0 3-0 7
2  "İnter" 3 2 1 0 4-2 7
3  "Kyevo" 3 2 0 1 5-3 6
4  "Latsio" 3 2 0 1 5-4 6
5  "Breşiya" 3 2 0 1 4-4 6
6  "Kalyari" 3 1 2 0 5-1 5
7  "Napoli" 3 1 2 0 5-4 5
8  "Bari" 3 1 2 0 3-2 5
9  "Yuventus" 3 1 1 1 7-4 4
10  "Milan" 3 1 1 1 5-3 4
11  "Samdporiya" 3 1 1 1 6-5 4
12  "Parma" 3 1 1 1 4-3 4
13  "Kataniya" 3 1 1 1 4-4 4
14  "Cenoa" 3 1 1 1 3-4 4
15  "Leççe" 3 1 0 2 1-5 3
16  "Bolonya" 3 0 2 1 3-5 2
17  "Roma" 3 0 2 1 3-7 2
18  "Palermo" 3 0 1 2 3-5 1
19  "Fiorentina" 3 0 1 2 2-4 1
20  "Udineze" 3 0 0 3 1-7 0


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı