Millimiz 10:0 hesablı qələbəyə sevindi

Millimiz 10:0 hesablı qələbəyə sevindi
XƏBƏR 20 Sentyabr 2010 / 11:02 1900
-  A +

15 yaşadək qızlardan ibarət Azərbaycan yığması Şağan Olimpiya İdman Kompleksinin stadionunda növbəti yoldaşlıq oyunu keçirib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, 15 yaşadək qızlardan təşkil olunmuş «Qusar» komandası ilə qarşılaşan yığmamız 10:0 hesabı ilə qələbə qazanıb. Aliyə Vəliyevanın het-trik etdiyi oyunda Əminə Heydərova, Şəfəq Nəsirova və Kəmalə Məmmədova dubla imza atıb. Aysun Əliyeva isə 1 dəfə fərqlənib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki