“Qarabağ”ın qənimini dayandıran yoxdu, “Bayer”lə “Hamburq” 1 xalla kifayətləndi

“Qarabağ”ın qənimini dayandıran yoxdu, “Bayer”lə “Hamburq” 1 xalla kifayətləndi
XƏBƏR 20 Sentyabr 2010 / 00:31 1977
-  A +

Almaniya Bundesliqasında 4-cü turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan son oyun günündə 3 qarşılaşma oynanılıb. İki qarşılaşma heç-heçə başa çatarkən, “Qarabağ”ı Avropa Liqasından kənar qoyan Dortmund “Borussiya”sı növbəti qələbəsini qazanıb.
Qeyd edək ki, bu turun əvvəlki günlərdən keçirilən oyunlarında “Bavariya” doğma meydanda “Köln”ün müqavimətini qıra bilməyib. “Kayzerslautern” isə “Hoffenhaym”la xalları yarı bölüb. “Verder” doğma meydanda “Maynts”a 2 cavabsız qolla yenildiyi halda, “Volfsburq” öz meydanında “Hannover” üzərində eyni hesablı qələbəyə sevinib. “Ştutqart” isə Münhenqladbax “Borussiya”sını 7 cavabsız qolla məğlub edib. Bu qarşılaşmada rusiyalı futbolçu Poqrebnyak het-tirkə imza atıb.

Almaniya Bundesliqası
4-cü tur
17 sentyabr
 
“Ayntraxt” – “Frayburq” – 0:1

Qol: Rosental, 89.

18 sentyabr

“Bavariya”- “Köln” – 0:0

“Kayzerslautern” – “Hoffenhaym” – 2:2
Qollar: Hoffer, 46; 75 – Luis, 39. Siqurdsson, 77.

“Ştutqart” – “Borussiya” (Münhenqladbax) – 7:0
Qollar: Poqrebnyak, 2; 54; 60. Nyedermayer, 22. Kuzmanoviç, 64. Delpyer, 73. Marika, 80.

“Verder” – “Maynts” – 0:2
Qollar: Risse, 53. Şörl, 61.

“Volfsburq” – “Hannover” – 2:0
Qollar: Dieqo, 55. Dzeko, 68.

19 sentyabr

“Sankt Pauli” – “Hamburq” – 1:1
Qollar: Boll, 77 – Petriç, 88.

“Bayer” – “Nürnberq” – 0:0

“Şalke” – “Borussiya” (Dortmund) – 1:3
Qollar: Huntelaar, 89 – Kaqava, 20; 58. Levandovski, 86.
Görüşün 68-ci dəqiqəsində “Şalke”nin oyunçusu Plestan qırmızı vərəqə alıb.

1  "Maynts" 4 4 0 0 10-4 12
2  "Hoffenhaym" 4 3 1 0 9-3 10
3  "Borussiya" D 4 3 0 1 8-4 9
4  "Frayburq" 4 3 0 1 6-5 9
5  "Hamburq" 4 2 2 0 7-4 8
6  "Kayzerslautern" 4 2 1 1 8-5 7
7  "Hannover" 4 2 1 1 6-6 7
8  "Bayer" 4 1 2 1 7-8 5
9  "Bavariya" 4 1 2 1 2-3 5
10  "Sankt Pauli" 4 1 1 2 4-4 4
11  "Verder" 4 1 1 2 5-8 4
12  "Köln" 4 1 1 2 4-7 4
13  "Borussiya" M 4 1 1 2 7-15 4
14  "Ştutqart" 4 1 0 3 9-7 3
15  "Ayntraxt" 4 1 0 3 6-6 3
16  "Volfsburq" 4 1 0 3 6-8 3
17  "Nürnberq" 4 0 3 1 3-4 3
18  "Şalke" 4 0 0 4 3-9 0


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki