Türkiyə Superliqasının ilk derbisində qalib müəyyənləşmədi

Türkiyə Superliqasının ilk derbisində qalib müəyyənləşmədi
XƏBƏR 20 Sentyabr 2010 / 00:26 1948
-  A +

Türkiyə Superliqasında 5-ci tur çərçivəsində növbəti oyunlar keçirilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan üçüncü oyun günündə daha 3 qarşılaşma baş tutub. “Karabükspor” doğma meydanda “Gənclərbirliyi”ni 3 cavabsız qolla yenib. “İstanbul BB” isə “Konyaspor” üzərində minimal hesablı qələbəni bayram edib. Turun mərkəzi oyununda isə “Fənərbaxça” ilə “Beşiktaş” qarşılaşıb. Superliqanın cari mövsümünün ilk derbisi sülhlə nəticələnib. Meydan sahibləri ilk yarıda hesabı açsa da, məğlubiyyətlə barışmaq istəməyən “qara qartallar” son dəqiqələrdə penalti sayəsində Kadıköydən 1 xalla qayıtmağa nail olublar.
Qeyd edək ki, 3-cü turun turun açılış oyununda iddialılardan sayılan “Trabzonspor” doğma meydanda “Manisaspor”u qəbul etmişdi. Lakin Şenol Günəşin komandası bu qarşılaşmada gözlənilməz məğlubiyyətlə üzləşib. Daha üstün futbol sərgiləyən manisalılar cari mövsümdə ilk qələbəsini rəsmiləşdiriblər. Millimizin kapitanı Rəşad Sadıqovun şərəfini qoruduğu “Eskişəhərspor” səfərdə “Sivasspor”la xalları yarı bölüb. Cari mövsümə heç də pis başlamayan, hətta “Fənərbaxça”nı da devirən “Kayserispor” isə “Antalyaspor” səfərində ilk yenilgisini alıb. “Ankaragücü” isə “Kasımpaşa” üzərində 3 cavabsız qolla rahat qələbə qazandı. Bunda rəqib komandanın iki oyunçusunun qırmızı vərəqə ilə cəzalanmasının da böyük rol oynadığını vurğulayaq. Nəhənglərdən isə “Qalatasaray” “Bucaspor” səfərindən Ayhan Akmanın yeganə qoluyla 3 xalla dönməyi bacarıb.
Hesabat turuna bu gün keçiriləcək 1 oyunla yekun vurulacaq.

Türkiyə Superliqası
5-ci tur
17 sentyabr

“Trabzonspor” – “Manisaspor” – 1:3
Qollar: Selcuk İnan, 9 – Makukula, 41; 69. Simpson, 45.

18 sentyabr

“Ankaragücü” – “Kasımpaşa” – 3:0
Qollar: Metin Akan, 45. Marek Sapara, 58-pen. Luis Santos, 67-öz qapısına.
Matçın 56-cı dəqiqəsində “Kasımpaşa”nın oyunçularından Bebbe, 81-ci dəqiqədə isə Sancak Kaplan qırmızı vərəqə ilə cəzalanıb.

“Sivasspor” – “Eskişəhərspor” – 1:1
Qollar: Ceyhun Eriş, 25 – Adem Sarı, 90+3.

“Antalyaspor” – “Kayserispor” – 2:1
Qollar: Serce Djiehoua, 15. Sedat Ağçay, 59 – Marselo Zalayeta, 42.

“Bucaspor” – “Qalatasaray” – 0:1
Qol: Ayhan Akman, 69.

19 sentyabr

“Karabükspor” – “Gənclərbirliyi” – 3:0
Qollar: Emenike, 23; 83. Özmert, 66.
Matçın 72-ci dəqiqəsində “Gənclərbirliyi”nin üzvü Meriç qırmızı vərəqə alıb.

“Fənərbaxça” – “Beşiktaş” – 1:0
Qol: Nyanq, 26 – Quti, 86-pen.

“İstanbul BB” – “Konyaspor” – 1:0
Qol: Tum, 63.

20 sentyabr
23:00. “Qaziantepspor” – “Bursaspor”


Son xəbərlər