“Çelsi”ni dayandıran yoxdu, “MY” “Liverpul”la derbidən qalib ayrıldı

“Çelsi”ni dayandıran yoxdu, “MY” “Liverpul”la derbidən qalib ayrıldı
XƏBƏR 20 Sentyabr 2010 / 00:14 2021
-  A +

İngiltərə çempionatında 5-ci turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, dünən gecə hesabat turunun son 3 oyunu keçirilib. “Mançester Siti” səfərdə “Viqan” üzərində qələbə qazanmaqla özünə gəlib. Turun mərkəzi qarşılaşmasında isə “Mançester Yunayted” doğma meydanda “Liverpul” üzərində çətin qələbə qazanıb. Maraqlıdır ki, bu oyunda vurulan 5 qol 2 futbolçunun sayəsində gerçəkləşib. Meydan sahiblərinin qollarına Berbatov, qonaqların toplarına isə Cerard imza atıb. Premyer Liqanın lideri “Çelsi” isə bu dəfə də böyükhesablı qələbə qazanmaqla, qarşısıalınmaz olduğunu sübut edib.
Qeyd edək ki, hesabat turunun əksər qarşılaşmaları srağagün keçirilib. Maraqlıdır ki, ilk oyun günündə 7 oyundan 4-ü 1:1 hesabıyla nəticələnib. Ən maraqlı qarşılaşma isə “Sanderlend”lə “Arsenal” arasında baş tutub. Cari mövsüm qarşısına çıxanı darmadağın edən londonlular səfər matçında erkən qol vursa da, dramatik məcrada keçən oyundan 1 xalla ayrılıb. 55-ci dəqiqədə azlıqda qalan Arsen Vengerin komandası 74-cü dəqiqədə hətta Rosiçkiylə penalti şansından da yararlana bilməyib. Belədə 90+5-ci dəqiqədə rəqib qapısına yol tapan sanderlendlilər məğlubiyyətdən yaxa qurtarmağı bacarıb. “Tottenhem”lə “Vest Bromviç” doğma meydanda hesabda geri düşdükləri qarşılaşmanı ikinci hissədə vurduqları 3 qolla eyni hesablı qələbəylə (3:1) başa vurduğu halda, “Nyukasl” səfərdə “Everton”u məğlub edib.

İngiltərə Premyer Liqası
5-ci tur
18 sentyabr

“Stok Siti” – “Vest Hem” – 1:1
Qollar: Cons, 48 - Parker, 32.

“Aston Villa” – “Bolton” – 1:1
Qollar: Yonq, 13 – Deyvis, 35.

“Blekbern” – “Fulhem” – 1:1
Qollar: Samba, 30 – Dempsi, 56.

“Everton” – “Nyukasl” – 0:1
Qol: Ben Arfa, 45.

“Tottenhem” – “Vulverhempton” – 3:1
Qollar: Van der Vaart, 77-pen. Pavlyuçenko, 87. Hutton, 90 - Fletçer, 45.

“Vest Bromviç” – “Birmingem” – 3:1
Qollar: Dann, 51-öz qapısına. Odemvinçe, 59. Olsson, 69 - Jerom, 15.

“Sanderlend” – “Arsenal” – 1:1
Qollar: Bent, 90+5 - Fabreqas, 13.
Matçın 55-ci dəqiqəsində “Arsenal”ın oyunçusu Sonq qırmızı vərəqə ilə cəzalanıb. 74-cü dəqiqədə isə London klubunun digər üzvü Rosiçki penaltidən yararlana bilməyib.

19 sentyabr

“Mançester Yunayted” - “Liverpul” – 3:2
Qollar: Berbatov, 42; 59; 84 – Cerard, 64-pen; 70.

“Viqan” – “Mançester Siti” – 0:2
Qollar: Teves, 43. Ture, 71.

“Çelsi” – “Blekpull” – 4:0
Qollar: Kalu, 2. Maluda, 12; 41. Droqba, 30.

1  "Çelsi" 5 5 0 0 21-1 15
2  "Arsenal" 5 3 2 0 14-4 11
3  MY 5 3 2 0 14-7 11
4  MS 5 2 2 1 6-2 8
5  "Tottenhem" 5 2 2 1 6-4 8
6  "Nyukasl" 5 2 1 2 8-6 7
7  "Aston Villa" 5 2 1 2 6-9 7
8  "Blekpull" 5 2 1 2 8-12 7
9  "Vest Bromviç" 5 2 1 2 5-9 7
10  "Fulhem" 5 1 4 0 7-6 7
11  "Sanderlend" 5 1 3 1 5-5 6
12  "Bolton" 5 1 3 1 7-8 6
13  "Birmingem" 5 1 3 1 7-8 6
14  "Blekbern" 5 1 2 2 5-6 5
15  "Vulherhempton" 5 1 2 2 6-8 5
16  "Liverpul" 5 1 2 2 4-7 5
17  "Stok Siti" 5 1 1 3 5-8 4
18  "Viqan" 5 1 1 3 2-13 4
19  "Everton" 5 0 2 3 4-7 2
20  "Vest Hem" 5 0 1 4 3-13 1


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın