Nazim Süleymanov: “Bəxt amili bizim tərəfimizdə idi”

Nazim Süleymanov: “Bəxt amili bizim tərəfimizdə idi”
XƏBƏR 19 Sentyabr 2010 / 21:41 1742
-  A +

"Qarabağ" komandası ilə oynamaq bizim üçün şərəfdir. "Qarabağ" Avroliqadakı çıxışı ilə bütün Azərbaycanı sevindirmişdir. Belə gözəl kollektiv yaratdığı üçün Qurban müəllimə təşəkkür edirəm”. Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Qarabağ”ın qonağı olan və qolsuz heç-heçə ilə barışan “təyyarəçilər”in çalışdırıcısı oyundan sonra təşkil olunan mətbuat konfransında daha sonra bunları vurğulayıb: "Oyuna gəldikdə isə etiraf edim ki, bəxt amili bizim tərəfimizdə idi. Komandamın meydanda göstərdiyi əzmkarlığa görə bu oyun heç-heçə başa çatdı. "Qarabağ" çox gözəl komandadır, bu klubdan 1 xal götürmək bizim üçün gözəl nəticədir".


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı