Abramoviç bundan sonra “Çelsi”də böyük pullar xərcləməyəcək

XƏBƏR 19 Sentyabr 2010 / 21:35 1838
-  A +

İngiltərənin “Çelsi” klubunun rusiyalı sahibi Roman Abramoviç artıq bundan sonra komandasının böyük xərclərə girməsini istəmir. Qol.Az-ın məlumatına görə, tanınmış biznesmen klubunun külli miqdarda pullar xərclədiyi dönəmin geridə qaldığını açıqlayıb. 2003-cü ildən bəri “Çelsi”yə rəhbərlik edən Abramoviç artıq klubda çalışanlara xərclərin getdikcə azaldılması barədə tapşırıq da verib.
“Çelsi”nin sahibinin belə qərar verməsinə səbəb isə klubun “Fordstam” adlı şirkətə olan borclarının çoxalması və son zamanlar ziyanla çalışmalarıdır.


Son xəbərlər