Haciyevski: “Hakimliklə bağlı heç bir söz deyə bilmərəm”

Haciyevski: “Hakimliklə bağlı heç bir söz deyə bilmərəm”
XƏBƏR 19 Sentyabr 2010 / 21:25 1723
-  A +

“Birinci hissədə komandam çox gözəl çıxış etdi. Oyunçularım cavandır, təcrübəsiz olduqlarına görə bir az problem yaşayırdılar”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Simurq”un baş məşqçisi Cokiça Haciyevski söyləyib.
Bu gün Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində doğma meydanda “Bakı”nı qəbul edən və 1:1 hesablı heç-heçə ilə barışan Zaqatala klubunun baş məşqçisi oyundan sonrakı mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Komandamızın kapitanı Rasim Ramaldanovun da oyuna zədəli çıxması təsirsiz ötüşmədi. Təəssüf ki, ikinci hissədə "Bakı"nın hücümunun qarşısını ala bilmədik və qapımızdan qol buraxdıq. Hakimliklə bağlı heç bir söz deyə bilmərəm, hakimlər oyunu normal idarə etdi".


Son xəbərlər