“Bavariya” susdu, “Ştutqart” “Borussiya”nın qapısına 7 cavabsız qol vurdu

“Bavariya” susdu, “Ştutqart” “Borussiya”nın qapısına 7 cavabsız qol vurdu
XƏBƏR 19 Sentyabr 2010 / 13:48 1974
-  A +

Almaniya Bundesliqasında 4-cü turun növbəti oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, dünən gecə baş tutan ikinci oyun günündə bir sıra maraqlı qarşılaşmalar oynanılıb. “Bavariya” doğma meydanda “Köln”ün müqavimətini qıra bilməyib. “Kayzerslautern” isə “Hoffenhaym”la xalları yarı bölüb. “Verder” doğma meydanda “Maynts”a 2 cavabsız qolla yenildiyi halda, “Volfsburq” öz meydanında “Hannover” üzərində eyni hesablı qələbəyə sevinib. “Ştutqart” isə Münhenqladbax “Borussiya”sını 7 cavabsız qolla məğlub edib. Bu qarşılaşmada rusiyalı futbolçu Poqrebnyak het-tirkə imza atıb.
Hesabat turuna bu gün keçiriləcək 3 oyunla yekun vurulacaq.

Almaniya Bundesliqası
4-cü tur
17 sentyabr
 
“Ayntraxt” – “Frayburq” – 0:1
Qol: Rosental, 89.

18 sentyabr

“Bavariya”- “Köln” – 0:0

“Kayzerslautern” – “Hoffenhaym” – 2:2
Qollar: Hoffer, 46; 75 – Luis, 39. Siqurdsson, 77.

“Ştutqart” – “Borussiya” (Münhenqladbax) – 7:0
Qollar: Poqrebnyak, 2; 54; 60. Nyedermayer, 22. Kuzmanoviç, 64. Delpyer, 73. Marika, 80.

“Verder” – “Maynts” – 0:2
Qollar: Risse, 53. Şörl, 61.

“Volfsburq” – “Hannover” – 2:0
Qollar: Dieqo, 55. Dzeko, 68.

19 sentyabr
18:30. “Sankt Pauli” – “Hamburq”
20:30. “Bayer” – “Nürnberq”
20:30. “Şalke” – “Borussiya” (Dortmund)


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı