“Xəzər Lənkəran” Rednikin fikirlərinin təhrif olunduğunu iddia edir

“Xəzər Lənkəran” Rednikin fikirlərinin təhrif olunduğunu iddia edir
XƏBƏR 19 Sentyabr 2010 / 13:31 1981
-  A +

Unibank Premyer Liqasının 6-cı turu deyəsən yalnız hakim qalmaqalı ilə yadda qalmayacaq. Çünki “Xəzər Lənkəran” tərəfi səfərdə “Muğan”la qarşılaşmadan sonra təşkil olunan mətbuat konfransında baş məşqçi Mirça Rednikin fikirlərinin təhrif olunduğunu da iddia edir. Qol.Az-ın məlumatına görə, bu barədə Lənkəran klubunun rəsmi saytı xəbər yayıb. Həmin iddia ilə sizi olduğu kimi tanış edirik: “PFL-in rəsmi saytında “Xəzər Lənkəran” və “Muğan” komandalarının baş məşqçiləri Mirça Rednik və Almir Hurtiçin bu komandaların oyunundan sonrakı mətbuat konfransında səsləndirdikləri fikirləri dərc olunub. Almir Hurtiçin sözləri düzgün catdırılıbsa, Mirça Rednikin dedikləri kobudcasına təhrif olunub və tam olaraq çatdırılmayıb. Belə ki, PFL-in saytına görə Rednik guya komandasının oyunundan narazıdır və bu məqamı dilə gətirərək söz verib ki, bu nöqsanları aradan qaldıracaq. Əslində məşqçimiz komandamızın oyunu haqqında ümumiyyətlə heç bir fikir bildirməyib. Rednikin dediklərini olduğu kimi sizə təqdim edirik: “Bu gün bizim rəqibimiz güclü komanda idi və o yaxşı oyun nümayiş etdirdi”, - “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik mətbuat konfransında dedi. O qeyd etdi ki, komandaların ikisi də qələbə istəyirdilər və qalib çıxa bilərdilər. O ki qaldı hakimliyə, məşqçimiz vurğuladı: “Mən heç vaxt hakimlərdən danışmağı xoşlamamışam, lakin bu gün bunu etməyə məcburam – bu gülünc bir hakimlik idi. Hakim bizim ən mühüm futbolçularımızı sarı kartla cəzalandırdı. Deyə bilərəm ki, hakim ədalətsiz idi. Amma nə edəsən? Bu həyatdır. Qarşıda bizi “Neftçi” ilə oyun gözləyir və biz bu oyuna hazırlaşacağıq”.

Daha çox


Son xəbərlər