"Turan" Bakıya "Bakı"dan xal almaq üçün gəlir

XƏBƏR 21 Noyabr 2008 / 12:57 4230
-  A +

Turnir cədvəlinin son pilləsində qərarlaşmış və hələlik qələbə nə olduğunu bilməyən "Turan", Bakıda aktivini zənginləşdirmək niyyətindədir. Düzdü, Tovuz təmsilçisinin "Bakı"ya qalıb gələcəyi inandırıcı görünmür. Amma klubun Mətbuat Xidmətinin rəhbəri Rasım Əliyevin www.pfl.az saytına verdiyi məlumata görə, "Turan", "Bakı"ya qarşı ötən il Tofiq Bəhramov adına Respublika Stadionundakı 2:2 hesablı heç-heçəni təkrarlamaq istəyir. Cəzalıların olmaması, zədəli Asəf Qədirinin sıraya dönməsi nikbinliyə əsas verir. Gündə 1 dəfə məşq edən komanda bu gecə Bakıya qatarla yola düşəcək. "Bakı"ya qarşı oyun isə sabah saat 14.15-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı