Əfran İsmayılov: «Qarabağ»ın məni məyus etməsini istəmirəm»

Əfran İsmayılov: «Qarabağ»ın məni məyus etməsini istəmirəm»
XƏBƏR 17 Sentyabr 2010 / 18:02 2411
-  A +

«Qarabağ»ın və millimizin gənc yarımmüdafiəçisi Əfran İsmayılov növbəti müalicə kursu keçmək üçün bu gün yenidən Türkiyəyə yollanıb. Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, «Neftçi» ilə Premyer Liqının birinci turunda aldığı zədəyə görə təəssüfləndiyini söyləyib: «Zədə futbolçu həyatının ayrılmaz hissəsidir. Nə etmək olar? Var gücümlə çalışıram ki, ən qısa zamanda sağalım. Artıq futbol üçün darıxmışam. Tezliklə idman formamı bərpa edib komandama yardım etmək istəyirəm. Ən azı 20 gün Türkiyədə müalicə kursu keçməliyəm. İndi ən böyük arzum odur ki, «Qarabağ» mən sağalana qədər az xal itirsin. Yoxsa, ikiqat məyus olaram. Ürəyim komandanın yanında olacaq. İnşallah, Türkiyədən sağlam olaraq geri dönərəm».

 


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı