Avstriya - Azərbaycan oyununun ən ucuz bileti 6 avrodur

Avstriya - Azərbaycan oyununun ən ucuz bileti 6 avrodur
XƏBƏR 17 Sentyabr 2010 / 17:00 2087
-  A +

AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Vyanada “Ernst Xappel” stadionunda keçiriləcək Avstriya - Azərbaycan görüşünün biletləri artıq satışa çıxarılıb. Qol.Az-ın Avstriya Futbol Federasiyasının rəsmi saytına istinadən məlumatına görə, millimizin oyununa sektorlardan asılı olaraq ən ucuz bilet 6, ən bahalı bilet isə 40 avro müəyyən edilib. Avstriyanın Futbol Federasiyası artıq biletlərin 6 mindən çoxunun satıldığını bildirir.
Qeyd edək ki, oktyabrın 8-də Vyanada keçiriləcək Avstriya və Azərbaycan qarşılaşması Bakı vaxtı ilə 23:30-da başlayacaq.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın