“Bolton”un məşqçisi: “Arsen Venger ikiüzlülük edir”

“Bolton”un məşqçisi: “Arsen Venger ikiüzlülük edir”
XƏBƏR 17 Sentyabr 2010 / 16:52 1958
-  A +

İngiltərənin “Bolton” klubunun baş məqşçisi Ouen Coyl “Arsenal”ın baş məşqçisi Arsen Vengeri ikiüzlülükdə suçlayıb. Qol.Az-ın məlumatına görə, ötən həftə keçirilən İngiltərə Premyer Liqasının “Arsenal”la “Bolton” arasındakı qarşılaşmasından sonra Venger rəqib komandanın üzvlərinin sərt müdaxilələrindən şikayətlənmişdi. Rəqib həmkarının 4:1 hesablı qələbəyə rəğmən, onun yetirmələrini bu şəkildə ittiham etməsinə dözməyən Coyl isə onun cavabını sərt şəkildə verib: "Bu açıqlamalar mənim fikrimi dağıtdı. Matçdan sonra Arsenə bir mesaj göndərdim və matç içində olanlara görə üzr istədim. O da mənə yaxşı bir komanda olduğumuzu söyləyən bir mesajla cavab verdi. Ancaq daha sonra işləri dəyişdi. Mən oradaykən bunları üzümə söyləsəydi daha yaxşı olardı. Oyunçularım sərt oynamış ola bilərlər. Ancaq bunlar oyununun içində yer alır. Ötən mövsümkü matçda Qallasın Deyvisə qarşı hərəkətinə nə ad vermək olar bəs? Bunları tək-tək gündəmə gətirmək düzgün deyil".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki