Məşhur türkiyəli futbolçu Ahmet Dursun «Xəzər-Lənkəran» klubuyla müqavilə bağlayıb. Qol.Az-ın məlumatına görə, bu gün İstanbulda Türkiyə millisinin keçmiş forvardı Ahmed Dursun klubun nümayəndələriylə görüşdə rəsmi müqaviləyə imza atıb.
Hələ Antalya toplanışı dövründə “Xəzər Lənkəran”ın baş məşqçisi İqor Ponomaryov komandanın ən yaxşı bombardiri İvan Svetkovun yanında oynaya biləcək daha bir - hücuma nisbətən arxadan başlaya bilən və çevik hücumçuya ehtiyac duyduğunu bildirmişdi. Dövrələrarası fasilə dövründə Türkiyə superliqası təmsilçisi “Kocaelispor”dan ayrılan Ahmet Oktay Dərəlioğludan sonra “Xəzər Lənkəran”ın “ağ-yaşıllı” formasını geyəcək ikinci adlı-sanlı futbolçu olacaq.
31 yaşı yenişə tamam olmuş Ahmed Dursun 1.77 sm boyundadır və karyerası ərzində “Kocaelispor”, “Beşiktaş”, “Şəkərspor”, “Antalyaspor” və digər klubların şərəfini qoruyub.
***
Xatırladaq ki, bir neçə ay əvvəl Qol.Az saytı «Xəzər-Lənkəran»ın Ahmet Dursunu hələ Ağasəlim Mircavadovun dövründə komandaya transfer etmək istəməsilə bağlı xəbər vermişdi. İndi həmin xəbəri olduğu kimi yenidən dərc edirik.
"Məşhur türk futbolçusu, azarkeşlərin daha çox «Beşiktaş» klubundan tanıdığı Ahmet Dursunun ötən ilin qışında «Xəzər-Lənkəran»a keçməsiylə bağlı türk menecerləri tərəfindən təkliflər səslənib. Qol.Az saytının məlumatına görə, «Xəzər-Lənkəran» 2007-ci ilin qışında Dubayda təlim-məşq toplanışında olanda bununla bağlı türkiyəli menecerlərlə Cənub klubunun nümayəndələri arasında danışıqlar aparılıb. Mənbə bildirir ki, menecerlər Ahmet Dursuna görə çox pul istəməyiblər.
Lakin komandanın o vaxtkı baş məşqçisi Ağasəlim Mircavadov yaxşı formada olmadığı üçün Ahmet Dursunun «Xəzər-Lənkəran»a keçidinə qarşı çıxıb. Bundan başqa, A.Mircavadov ulduz futbolçuların kluba transferinin komandada ab-havanı pozacağını, bu cür oyunçuların klubda sadəcə, gün keçirəcəyini bildirib. Bu səbəbdən, türkiyəli menecerlərlə danışıqlar baş tutmayıb.
Qeyd edək ki, danışıqların getdiyi dövrdə Ahmet Dursun həqiqətən də yaxşı formada olmayıb. Amma sonradan Ahmet Dursun yaxşı oyunu ilə yenidən diqqəti özünə cəlb edib.
1978-ci ildə Almaniyada anadan olan Ahmet Dursun hazırda Türkiyənin «Kocaelispor» klubunun şərəfini qoruyur".
“Madriddə "Real"a qalib gəlməliyik" - Laporta
UEFA "Barselona"nı cərimələdi
Azərbaycan boksçusu Avropa çempionatına qələbə ilə başladı
Tuhel bunu bacaran ilk alman məşqçidir
İngiltərə kubokunun formatı dəyişir
"Zaqatala"nın qələbəsi - Video
"Qusar"dan darmadağın
"İmişli" xal itirdi, liderdən qələbə
"Arsenal"ı nokaut etmək gözəl idi"
Ayşən Abduləzimova Macarıstan çempionu oldu
Arda Güler "Sevilya"ya rədd cavabı verdi
Azərbaycanın U-17 millisinin heyətində dəyişiklik
Bellinqem: "Oyunun sonunda ayaqlarım ölmüşdü"
Tovuz ilk dəfə avrokubok oyununu qəbul edə bilər
Azərbaycanı Avropa çempionatında təmsil edəcək şahmatçılar
Arteta: "Çempionlar Liqasında oynamağı öyrənməliyik"
"Narazılıq olub, təhqir olmayıb"
Noyerdən yeni rekord
AFFA-dan hakimi təhqir edən futbolçuya cəza
"Qəbələ"nin meneceri cəzalandırıldı
AFFA-dan cəza və cərimələr
"Roma" De Rossi ilə bağlı qərarı rəsmən açıqladı
Ançelotti: "Mərhələ adlayacağımıza əmin idik"
Azərbaycan U-17 millisi İnkişaf turnirində iştirak edəcək
Avrokubokun oyunları bu kanallarda
Qvardioladan məğlubiyyət şərhi
Dembele, Valverde, Kimmix, Brandt...
"Real"ın yarımfinala penaltilərlə yüksəldiyi oyun - Video
"Bavariya" və "Real" yarımfinalda
UEFA inspektoru "Turan Tovuz"un stadionuna baxış keçirdi
Bundesliqanın ən yaşlı futbolçusu karyerasını başa vurur
"Roma"nın müdafiəçisi "Milan"a qarşı oynamayacaq
Kvaratsxeliya "Napoli"nin məşqini buraxdı
MOİK-ə 3 xal qazandıran qollar - Video
"Barselona"nın futbolçusu: "Çox peşmanam"
"Şamaxı"nın 6 qolu - Video
"Şamaxı" və MOİK-dən qələbə
“Paris-2024” Yay Olimpiya Oyunlarının startına 100 gün qalıb
ÇL-in oyunlarını göstərəcək kanallar
"İmişli"nin şikayəti qismən təmin olundu
"Real"dan zəng gələndə iki dəfə düşünmədim"