Fatih Terim yenidən İtaliyaya qayıdır

Fatih Terim yenidən İtaliyaya qayıdır
XƏBƏR 17 Sentyabr 2010 / 16:32 3690
-  A +

Türkiyə futbolunun ən məşhur simalarından olan milli komandanın sabiq çalışdırıcısı Fatih Terim yaxınlarda İtaliyaya yollana bilər. Qol.Az-ın məlumatına görə, bir vaxtlar İtaliyada "Fiorentina" və "Milan" kimi klublara başçılıq etmiş Terim bu dəfə də böyük komandalardan birinin başına keçə bilər. Məlumata görə, yaxınlarda baş məşqçi Klaudio Ranyeri ilə yollarını ayırmağı düşünən "Roma" rəhbərliyinin bu posta ilk namizədi məhz Terimdir. Artıq tərəflər arasında danışıqlara başlanıldığı bildirilir.


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı