“Bakı” Zaqatalaya sabah yola düşəcək

XƏBƏR 17 Sentyabr 2010 / 15:40 1837
-  A +

Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində səfərdə “Simurq”la qarşılaşacaq "Bakı" qarşıdakı oyunun hazırlıqlarını davam etdirir. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, bu gün komanda 1 məşq keçəcək. Şeferin yetirmələri saat 17:00-da "Bakı"nın təlim-məşq bazasının süni örtüklü müydançasında məşqə çıxacaq. Qeyd edək ki bu məşq, "Simurq"la oyun öncəsi bazada sonuncu məşq olacaq. Ertəsi gün - 18.09.2010 -cu il tarixdə, səhər saat 10:00-da komanda Zaqatalaya yola düşəcək. Həmin gün 19:00-da isə komanda Zaqatala şəhər stadionunda məşqə çıxacaq.


Son xəbərlər