UEFA “Araz”ın oyunlarına təyinatları açıqladı

XƏBƏR 17 Sentyabr 2010 / 13:09 1720
-  A +

Futzal üzrə UEFA kubokunun əsas mərhələsində təmsilçimiz «Araz»ın mübarizə aparacağı 3-cü qrupun oyunlarını idarə edəcək hakimlər və UEFA nümayəndələri müəyyənləşib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, təyinatlar aşağıdakı kimidir:

Hakimlər:
Luka Giacomin (İtaliya)
Maryan Markoski (Makedoniya)
İviça Modriç (Xorvatiya)
İvan Şabanov (Rusiya)
 
UEFA nümayəndələri:
İstvan Huszar (Macarıstan)
Stefan Tivold (Sloveniya)
 
«Araz»ın oyunlarının təqvimini bir daha diqqətinizə çatdırırıq:
28 sentyabr, saat 19:00
«Araz» - «Sportinq Finqal» (İrlandiya)
 
29 sentyabr, saat 19:00
«Nikars» (Latviya) – «Araz»
 
1 oktyabr, saat 21:15
«Tırqu Mureş» (Rumıniya) – «Araz»
Qeyd edək ki, oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib. Bu qrupun oyunları Rumıniyada keçiriləcək.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı