Rəşad Sadıqov 41 nömrəni seçdi

ÖLKƏ FUTBOLU 17 Sentyabr 2010 / 12:41 2032
-  A +

Rəşad Sadıqovun Türkiyə Superliqasında çıxış edəcəyi formasının nömrəsi müəyyələşib. Qol.Az-ın məlumatına görə, milli komandamızın kapitanı 41 nömrəli futbolkanı geyinəcək.
Məlum olduğu kimi, Rəşad "Neftçi"də, millidə və son klubu "Qarabağ"da da 14 nömrəni seçmişdi. Lakin yeni komandasında o, fərqli seçim etmək məcburiyyətində qalıb. Çünki "Eskişəhərspor"da 14 nömrəli futbolkanı Rodriqo Teylo geyinir. Belədə millimizin üzvü 14-ün əksini, yəni 41-i seçib.
Bu arada Rəşadın Türkiyə klubu ilə müqaviləsinin müddəti məlum olub. Avqustun 31-də "Eskişəhərspor"la müqavilə imzalayan futbolçumuzun 2012-ci ilin 31 mayınadək bu komandanın şərəfini qoruyacağı açıqlanıb.

 

Daha çox


Son xəbərlər
18.11.18  21:19

Kavani "Real"da?

18.11.18  19:19

Millimiz Kosovoya getdi

18.11.18  12:11

Aqil Abbasın təbriki