“Xəzər Lənkəran”ın stadionunu azarkeşlər təmizlədi

XƏBƏR 17 Sentyabr 2010 / 12:00 1954
-  A +

"12-ci oyunçu" azarkeş klubunun təşkilatçılığı ilə Lənkəran şəər stadionunda iməcilik keçirilib. Qol.Az-ın məlumatına görə, sel sularının gətirdiyi lili təmizləmək məqsədi ilə keçirilən iməclikdə ümumilikdə 120 azarkeş iştirak edib. Əvvəlcədən iməcliyin 3 saat davam etməsi nəzərdə tutulsa da, bütün işlər 2 saat ərzində yekunlaşdırılıb. Daha sonra stadionun işçiləri təmizlənmiş əraziləri arenanın suvarma sistemi vasitəsi ilə yumağa başlayıb.
Qeyd edək ki, "Fırtınalar meydanı" sentyabrın 11-də Lənkəran çayının məcrasından çıxması nəticəsində su altında qalmışdı.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı