Kaxaber Sxadadze: “Bu, bizim üçün çətin olacaq”

Kaxaber Sxadadze: “Bu, bizim üçün çətin olacaq”
XƏBƏR 17 Sentyabr 2010 / 11:29 1813
-  A +

Unibank Premyer Liqasının 6-cı turu çərçivəsində keçiriləcək “Qəbələ” - “İnter” matçı öncəsi son ölkə çempionunun çalışdırıcısı Kaxaber Sxadadze klubun rəsmi saytına müsahibə verib.
- “Qəbələ” ilə oyuna hazırlıq necə keçir?
- Çox yaxşı keçir. Uşaqlar əla hazırlaşırlar. Qələbə oyunundan sonra komanda yaxşı əhval-ruhiyyədədir.
- Fiziki hazırlığı necə qiymətləndirirsiniz? Milli komandalarından qayıtmış futbolçular bir qədər yorğun idilər...
- Həkimlərimiz yaxşı çalışırlar, uşaqlar çoxdan bərpa olunublar. Artıq “Qarabağ”la oyunda biz fiziki hazırlıq baxımdan əla görünürdük - bunda bizim mövsümlərarası təlim-toplanışların da böyük rolu var. Bu, həm də bizim bərpa prosedurlarımızın keyfiyyətindən xəbər verir.
- Bəs, zədəli futbolçularla bağlı vəziyyət necədir?
-  Vladimir Levin sağalmayıb, Nizami Hacıyev hələ də zədəlidir. Aleksandr Çertoqanovun oyunda iştirakı hələ sual altındadır. Zədə ilə bağlı problemlərimiz qalır.
- “Qəbələ”yə Toni Adams rəhbəlik edir - kifayət qədər maraqlı şəxsdir...
- Toni Adamsla hələ meydanda tanış olmuşam. Bu, milli komandaların toplanışı çərçivəsində baş vermişdi, o zaman biz İngiltərəyə qarşı oynayırdıq. O, çox böyük futbolçu idi. Qaldı ki, onun məşqçilik qabiliyyətinə, komandası hələki formalaşır. “Qəbələ” ötən tur özünün ilk qələbəsini qazandı. Bizim üçün çox çətin olacaq, özü də səfərdə oynayacağıq.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı