Andrey Qusin: “Mahirin sözü varsa, mətbuata yox, məşqçiyə desin”

Andrey Qusin: “Mahirin sözü varsa, mətbuata yox, məşqçiyə desin”
XƏBƏR 16 Sentyabr 2010 / 18:38 2162
-  A +

Rusiyanın “Anji” klubunun ukraniyalı məşqçisi Andrey Qusin həmyerlimiz Mahir Şükürovun son vaxtlar mətbuatın diqqət mərkəzində düşməsinə öz münasibətini bildirib. Qol.Az-ın məlumatına görə, Qusin Mahirin mətbuata daha çox yer ayırdığını deyərək, ona öz  iradını bildirib: “Mahirin sözü varsa, mətbuata yox, məşqçilərə desin. “Rostov”la səfər oyununa getməkdən imtina edərək, psixoloji vəziyyəti ilə əlaqədar bizdən möhlət istəyib. Təbii ki, biz də ona bir və yaxud iki ay möhlət verə bilərik. Lakin bu düzgün hərəkət deyil. Bir çox futbolçular düşünürlər ki, onlar özəl şəxslərdir. Ancaq bu heç də belə deyil. Əksər futbolçular onlara xüsusi qayğı göstərilməsini istəyirlər. Lakin məşqçi heç kəsə xüsusi münasibət bəsləməməlidir. Düşünürəm ki, Mahir artıq məğlubiyyəti unutmalı və özünü növbəti oyunlara kökləməlidir. O mətbuata hansısa səs-küylü bəyanatlar verməklə fərqlənməsin. Bu komandanın əleyhinə işləyir”.
Qusin eyni zamanda Mahirin psixoloji vəziyyəti ilə əlaqədar onunla görüşəcəyini bildirib: “Məni daha çox iş maraqlandırır, boş sözlər yox. Komandada oynamağa hazırsan? Hazırlaş. Yoxsa, ehtiyatda oturub meydana sonradan çıxmağa hazırlaşırsan? Komanda naminə sən oynamalısan”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı