Elmarla Elşən irəlilədi, “Gəncə” rekord müəyyənləşdirdi

XƏBƏR 16 Sentyabr 2010 / 18:14 2009
-  A +

Unibank Premyer Liqasının 5-ci turunun son qarşılaşması olan “Neftçi” – “Muğan” oyununda adları çempionatın 100 ən çox oyun keçirən futbolçuları sırasında olan Elmar Baxşiyev və Elşən Məmmədov meydana çıxmaqla, cədvəldə 1 pillə irəliləməyə nail olub. Hazırda “Neftçi”nin yarımmüdafiəçisi Baxşiyev 235 oyunla 41-ci pillədə qərarlaşıbsa, Salyan klubunun hücumçusu 189 oyunla 94-cü yerdədir.
“Xəzər Lənkəran” keçirdiyi 5 turda qapısında qol görməməklə 2007/08 mövsümündəki rekordunu təkrarlayıb.
“Gəncə”nin iştirakı ilə keçirilən 4 görüşün hamısında 1-1 hesabı qeydə alınıb ki, bu da rekorddur. Buna qədər isə “Qəbələ” və “İnter” (hər ikisi ötən mövsüm) ardıcıl olaraq 3 dəfə 1:1 oynayıb.

"Turan"ın rəsmi saytı


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı