Şefer "Toplu Bakı"ya uşaqlığından danışdı (MÜSAHİBƏ)

Şefer "Toplu Bakı"ya uşaqlığından danışdı (MÜSAHİBƏ)
XƏBƏR 16 Sentyabr 2010 / 18:01 2013
-  A +

“Bakı” futbol klubunun baş məşlqçisi Vinfrid Şeferin klubun rəsmi jurnalı – “Toplu Bakı”nın sentyabr sayına müsahibəsi:
- Mən futbolu ilk dəfə küçədə oynamağa başlamışam. 1950-ci illərin sonu idi. Almaniya müharibədən çəxmışdı. Bizim ailə də çox əziyyət çəmişdi. Demək olar heç nəyimiz yox idi. Məhəllədə kiminsə topu olanda sevincimizdən uçurduq. Evə ancaq yatmağa gəlirdik. Səhər açılandan axşama kimi futbol oynayırdıq. Küçədə uşaqlarla futbol oynamağım isə valideynlərimi həm sevindirirdi, həm də yox.Onlar hər dəfə evə gələndə ayaqqabılarımın cırıldığını görüb hirslənirdi. Atam ayaqqabılarımı özü təmir edirdi. Televizorda hər həftə futbola baxırdım. İstəyirdim mən də tarixə düşüm, böyük futbolçu olum. Özümə ideal futbolçular, komandalar seçmişdim. Onlara bənzəmək üçün hər gün məhəllədə çalışırdım. O vaxt futbol məktəbləri yox idi. Yaşadığımız şəhər də böyük deyildi. Lakin Almaniyada hər bir kəndin, qəsəbənin öz komandası olur. Royon daxili və regional çempionatlar keçirilir. 12 yaşımda mən qəsəbəmizin “TÜS - Myim ” adlanan komandasına qəbul edildim. 2 ildən sonra isə mən artıq Almaniyanın U-14 milli komandasının üzvünə çevrilmişdim. Çünki gecə-gündüz futbol oynayır, futbol haqqında düşünürdüm.
U-14 dən əsas milli komandaya kimi hamısında oynamışam.
- Azərbaycanda da son illər ölkə rəhbərliyi səviyyəsində futbola qayğı artırılıb.Böyük iş adamları sərmayələr yatırırlar. Valideynlər həvəslə övladlarını futbol klublarına gətirir. Belə valideyn və yeniyetmələrə hansı məsləhətləriniz var?
- Futbol sənətdir. Onu uzağı 30-35 yaşa qədər oynamaq olar. Sonra...Əsas məsələ də bu sonrakı mərhələdə insanın çətinlik çəkməməsidir. Buna görə də futbolu seçən yeniyetmələr məktəbdə dərslərini yaxşı oxumalıdır. Onların intellektual səviyyəsi başqalarından daha çox olmalıdır. Çünki onlar cəmiyyətdə örnək alınan şəxsiyyətlərdir. Mən də hər zaman futbolçunun dünyagörüşü və savadına önəm verirəm. Belə adamlarla çalışmaq da çətinlik yaratmır.
- Bəzən valideynlər uşaqları məcbur edirlər ki hər hansı sənəti seçsinlər. Futbolda da belə hallar var. Sizcə məcburən futbolçu olmaq olar?
- Bu uşaq futbolunda çox aktual problemdi. Mən valideynlərə məsləhət görürəm ki uşaqlarını həvəsi olduğu sənətə yönləndirsin. Futbolçu olmaq istəyən uşaqlar da yaxşıca fikirləşməlidir. Sona qədər dözəcəklərsə gəlsinlər. Mən yetirmələrimə bunu hər zaman söyləyirəm. Futbolçu əzmkar olmalıdır. Sona qədər getməlidir. 90 dəqiqə oynamalıdı. Samuel Eto, Oliver Kan, Mehmet Şol kimi dünya ulduzlarını futbola mən gətirmişəm. Onlar bu cür olublar. Siz də belə olsanız, ulduza çevrilə bilərsiniz. Əgər bacarmayacaqsınızsa həm başqasının yerini tutmayın, həm də öz vaxtınızı hədər etməyın. Futbolçu mütləq başqa bir idman növü ilə də məşğul olmalıdır. Ən azı biri ilə. Bir yandan baxanda idman gəncləri siqaret çəkməkdən, narkotika və alkoqoldan ayırır. Bu baxımdan mütləq idmanla məşqul olun!
- Bazamızda uşaqlar üçün yaradılmış şəraitlə tanış olmusunuz. Bu sizi qane edirmi?
- Möhtəşəm bir kompleks inşa edilir. 3 meydança var, biri də tikilməkdədir. İdman geyimləri, toplar, futbolçuların bəslənməsi hamısı avropa standartlarına uyğun aparılır. İnanıram ki, tezliklə bu yeniyetmələrin içindən istedadlıları əsas komanda üçün yetişir. Mən hər zaman gənclərlə işləməyə üstünlük vermişəm. Burada məqsədlərimdən biri də Azərbaycanlı gəncləri yetişdirmək, onları tək kluba yox, milli komandalara hazırlamaqdır.
- Sizin rəhbərliyinizlə Joel Epalle, İbrahim Kargbo, Jaba kimi usta futbolçular oynayır. Uşaqlar onlardan nə öyrənməlidi?
- Joel və ya Dare Nibombe kimi futbolçuların Azərbaycana gəlməsi tək “Bakı” klubu üçün deyil, Azərbaycan futbolu üçün müsbət haldır. Uşaqlar belə futbolçuları görüb nə isə öyrənə bilər. Onlar ustadılar. Onlar peşəkar futbolçunun özünü necə aparması, necə məşq etməsi haqqında uşaqlarda ilkin təsəvvür formalaşdırır.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord