Fərhad Vəliyev: “Millidə əsas heyətə düşə bilməməyim məni narahat edir”

Fərhad Vəliyev: “Millidə əsas heyətə düşə bilməməyim məni narahat edir”
XƏBƏR 16 Sentyabr 2010 / 17:36 2025
-  A +

“Millidə əsas heyətə düşə bilməməyim məni narahat edir. Gərək yığmanın təlim-məşq toplanışında və klubda yaxşı oyun göstərim ki, millidə ilk 11-likdə yer alım”. Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın və millimizin qapıçısı Fərhad Vəliyev bildirib.
Oktyabrda AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində milli komandamız növbəti iki oyununu keçirəcək. Bu qarşılaşmalarda qələbəyə ümidsiz yanaşan təcrübəli əlcək sahibi belə deyib: “Əlbəəttə qarşıdakı iki oyunda favorit Avstriya ilə Türkiyədir. Biz mütləq Almaniya ilə oyunun psixoloji gərginliyini üzərimizdən atıb bu oyuna ciddi hazırlaşmalıyıq. Çalışacağıq ki, hər iki oyunda layiqli oyun göstərib sonadək mübarizə aparaq və qələbə qazanaq”.
Qolkiper “Qarabağ”ın çempionluğa iddialı olduğunu qeyd edib: “Hər mövsüm yüksək səviyyədə çıxış etmişik. Cari mövsümdə də uğurlu çıxış edib çemponluğu və ya ölkə kubokunu qazanmaq istəyirik. Hələ çempionat yeni başlayıb. İnşallah “Qarabağ” növbəti turlarda uğurlu çıxışları ilə özünü doğruldacaq”.


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı