“Xəzər Lənkəran” – “Neftçi” matçından öncə veteranlar oynayacaq

XƏBƏR 16 Sentyabr 2010 / 17:11 1752
-  A +

Unibank Premyer Liqasının VII turu çərçivəsində sentyabrın 25-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçından öncə hər iki komandanın veteran futbolçuları arasında yoldaşlıq görüşü keçiriləcək. Bu haqda Lent.az-a “Neftçi” Veteranları Futbol Klubunun prezidenti Oqtay Abdullayev məlumat verib.
Abdullayevin sözlərinə görə, belə bir təşəbbüs onun özü və “Neftçi” Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqovdan gəlib. Artıq yoldaşlıq görüşünün təşkilinə dair “Xəzər Lənkəran” rəhbərliyi və lənkəranlı futbol veteranları arasında razılıq da əldə olunub. Məqsəd regionlarda futbolu təbliğ etməkdən ibarətdir.
Sentyabrın 24-də səfərə çıxacaq “Neftçi” veteranlarının heyətində Ələkbər Məmmədov, Valeri Hacıyev, Yaşar Babayev, Maşallah Əhmədov kimi 1960 – 1990-ci illərin tanınmış futbolçuları yer alacaqlar.
Qeyd edək ki, Lənkəran şəhər mərkəzi stadionunda keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” matçı saat 19:00-da başlanacaq.


Son xəbərlər