Almir Hurtiç: “Bu, çox müsbət haldır” (MÜSAHİBƏ)

Almir Hurtiç: “Bu, çox müsbət haldır” (MÜSAHİBƏ)
XƏBƏR 16 Sentyabr 2010 / 16:46 1932
-  A +

Son həftələrdə qələbəni təmin edə bilməyən “Muğan” şənbə günü keçiriləcək “Xəzər Lənkəran”la ev oyununa hazırlığı davam etdirir. Qol.Az-ın məlumatına görə, “ağ–qırmızılılar”ın baxımlı oyun nümayiş etdirməsinə baxmayaraq, 3 xalı öz aktivinə yaza bilməməsi azarkeşlərin və mətbuatın diqqətini çəkməkdədi. Məhz bu və digər məqamlarla bağlı suallara Salyan təmsilçisinin çalışdırıcısı Almir Hurtiç klubun rəsmi saytına müsahibəsində cavab verib.
- Komandaların son həftələrdəki nəticələrini necə qiymətləndirirsiz?
- Doğrudur, son həftələrdə qələbəni təmin edə bilmirik. “Neftçi”yə qarşı keçirilən matçda da şanssız anlar yaşadıq. Düşünürəm ki, hələ ki, turnir cədvəlindəki mövqeyimiz qənaətbəxşdir. Lakin, biz bununla kifayətlənmək fikrində deyilik. Bizi bu həftə və daha sonra çətin sınaqlar gözləyir.
- Son matçlarda 3 xalı əldə edə bilməməyinizi nə ilə əlaqələndirərdiniz?
- Bu, futboldur. Hər komanda üçün şanssızlıq dönəmi ara sıra olur. Komandanın son turlarda sərgilədiyi performansdan razıyam. Heyyətin mübarizliyi məni qane edir. “Neftçi” ilə keçirilən son oyunun birinci hissəsində bir növ müdafiə oyunu nümayiş etdirdik, bir sıra qol məqamları oldu. Biz də bir epizodda biz qolun astanasında idik. İkinci hissəfə isə meydanda daha baxımlı futbol nümayiş etdirdik.
- Bu mövsüm üçün hədəfləriniz barədə deyə bilərsiniz?
- Bu mövsüm üçün hədəf “ilk altılıq”dır. Mənə elə gəlir ki, komandanın oyun səviyyəsi buna nail olmağa imkan verir. Lakin bunun üçün futbolçulardan çox şey tələb olunur. Rəqibin kiminliyindən asılı olamayaraq onlar hər matça eyni dərəcədə məsuliyyətlə yanaşmalıdırlar. Mən onlarda məsuliyyət hissinin lazımi səviyyədə olduğunu düşünürəm və onlara güvənirəm. Nəticəni isə zaman göstərəcək.
- Hazırki futbol çempionatının səviyyəsi sizi qane edirmi?
- Həqiqətən hər yeni mövsüm biz daha səviyyəli və daha maraqlı qarşılaşmalar izləyirik. Təbii ki,bu irəliləyişdən xəbər verir. Sadəcə bir faktı qeyd etmək olar ki, artıq heç bir komanda üzərində asanlıqla qələbə qazanmaq olmur. Hər ötən matç daha mücadiləli xarakteri ilə seçilir. Bu çox müsbət haldır və Azərbaycan futbolunun inkişafından xəbər verir.
- “Xəzər Lənkəran”la şənbə günü keçiriləcək matçdan qələbə gözləmək olarmı?
- İstənilən halda biz bu matça da digərləri kimi qələbə üçün çıxacağıq. Matçın doğma divarlar arasında olması bizim üçün avantajdır və biz bundan maksimum dərəcədə yararlanmağa çalışacağıq.
- Hansı komandanı “Muğan” üçün ən güclü rəqib hesab edirsiniz?
- Bütün rəqiblər bizim üçün birdir və biz istənilən rəqibə qarşı keçirələcək matça eyni məsuliyyətlə hazırlaşarıq. Təbii ki, mücadilə nöqteyi nəzərdən turnir cədvəlində ön pillələrdə qərarlaşan komandalara qaşı keçirilən oyunlar adətən daha maraqlı olur. Çünki bu komandalar öz lider mövqeyini qoruyub saxlamaq üçün hücum futboluna üstünlük verir və bu təqdirdə “Muğan” da rəqibə qarşı eyni mövqedə çıxış edir.
- Azarkeşlərə nə demək istərdiniz?
- “Muğan”ın azarkeş dəstəyindən çox razıyam. Həqiqətən də onlar istənilən şəraitdə komandalarını dəstəkləməyi unutmurlar. Növbəti matçda da onlardan dəstək gözləyirik və onları sevindirmək üçün səylərimiz maksimum dərəcədə ortaya qoyacağıq.

Son xəbərlər