Millimizin rəqibi seçmə oyun ərəfəsində təşvişə düşüb

Millimizin rəqibi seçmə oyun ərəfəsində təşvişə düşüb
XƏBƏR 16 Sentyabr 2010 / 16:32 1759
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizi biabırçı hesabla (6:1) məğlub edən Almaniya yığmasının canına qorxu düşüb. Qol.Az-ın məlumatına görə, Bundestimin öz meydanında Türkiyə millisi ilə oynayacaqları matç Almaniya Futbol Federasiyasını təşvişə salıb. Federasiyanın baş katibi Volfqanq Nyersbax Almaniya mətbuatına verdiyi açıqlamasında paytaxtda keçiriləcək oyunda 30 mindən çox türk azarkerşin olacağından narahat olduqlarını gizlətməyib. Hazırda ölkədə yaşayan 2,8 milyon türkün biletlərin çoxunu alacağını güman etdiklərini bildirən Volfqanq stadionun onların əlinə keçməməsi üçün tədbir görəcəklərini bildirib. Baş katib türk azarkeşlərə 11.500 bilet ayrıldığını xatırladaraq, alman azarkeşlərə fanklublar vasitəsi ilə 25 min biletin satılacağını, 38.500 biletin isə internet vasitəsi ilə satışa çıaxarılacağını qeyd edib.


Son xəbərlər