Joze Mourinyo Portuqaliya yığmasına dəvət aldı

Joze Mourinyo Portuqaliya yığmasına dəvət aldı
XƏBƏR 16 Sentyabr 2010 / 15:23 1898
-  A +

Portuqaliya Futbol Federasiyası Karluş Keyruşu istefaya göndərdikdən sonra hələ də baş məşqçi postuna yeni mütəxəssis təyin etməyib. Qol.Az-ın məlumatına görə, portəgizlər bu boşluğu müvəqətti də olsa, aradan qaldırmaq üçün gözlənilməz qərara gəliblər. Federasiya rəhbərliyi AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində keçiriləcək Danimarka və İslandiya ilə oyunlarda Joze Mourinyonun baş məşqçi olmasını istəyirlər. Artıq onlar hazırda İspaniyada Madrid “Real”ını çalışdıran mütəxəssisə dəvət də göndəriblər. Lakin çox güman ki, Madrid klubunun rəhbərliyi buna razılıq verməyəcək və Mourinyo həmvətənlərinin təklifini rədd etmək məcburiyyətində qalacaq. Qeyd edək ki, Keyruşun postuna ispaniyalı Luis Araqones və ya Paulo Bentonun gəlişi də gündəmdədir.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı

27.03.24  21:58

Keyn sağaldı