Filip Despotovski: “Buna “İnter”in heyətində nail olmaq istəyirəm” (MÜSAHİBƏ)

Filip Despotovski: “Buna “İnter”in heyətində nail olmaq istəyirəm” (MÜSAHİBƏ)
XƏBƏR 16 Sentyabr 2010 / 15:07 2148
-  A +

"İnter"in yeni yarımmüdafiəçisi Filip Despotovskinin klubun rəsmi saytına müsahibəsi
- Bakıda harada məskunlaşmısan?
- Məni qənnadı fabrikinin yanında yerləşən mənzilə məskunlaşdırıblar.
- Bakının havası xoşuna gəlir?
- Normaldır. Pis havası yoxdur. Mənə deyirdilər ki, burada həddən artıq isti olur, lakin hələlik bunu hiss etməmişəm.
- Skopye ilə Bakı arasında ümumi nəsə varmı?
- Yox. Onlar tam başqa şəhərlərdir.
- Bakıya gəlməmişdən öncə Azərbaycan haqqında nə eşitmişdin?
- Buradakı dostlarım Azərbaycanı və Bakını çox tərifləmişdilər. Onlar deyirdilər ki, Bakı yaxşı şəhərdir, yerli əhalisə futbolu çox sevir.
- Azərbaycanda bir çox makedoniyalı futbolçu var. Onlardan Azərbaycan haqqında soruşmuşdun? Keçidin barəsində məsləhətləşmişdin?
- Bəli, Slavko Georgiyevski Azərbaycana gəlməyimə ruhlandırdı. Bundan başqa o dedi: “Qorxma, gəl və hər şeyi öz gözünlə görəcəksən! Mütləq xoşuna gələcək!”. Belə də oldu, ilk andan xoşuma gəldi.
- Sənin ailə problemlərin vardı və buna görə “Vorskla” ilə müqaviləni vaxtından əvvəl pozmağa vadar etmişdi. Problem həllini tapıbmı?
- Bəli. Mənim problemlərim vardı, atam vəfat etmişdi. Buna görə kədərli anda ailəmin yanında olmaq üçün Makedoniyaya təcili getməliydim. Tək qalmış anamı dəsləkləmək üçün vətənə yollanmalıydım. Həmin vaxt mənim “Vorskla” ilə iki ayı əhatə edən müqaviləm vardı, lakin onlar mənimlə razılaşdılar və müqavilənin müddəti dayandırıldı.
- Oğlun necədir? İndi neçə yaşı var?
- Nolmaldır, tezliklə ailəm yanıma gələcək. Əminəm ki, Bakı ailəmin xoşuna gələcək, axı, burada çox sayda uşaq meydançaları, parklar və atraksionlar var. İndi oğlum1 yaş 7 aylıqdır.
- Ailəni Bakıya nə zaman gətirməyi planlaşdırırsan?
- Oktyabr ayında ailəm Bakıya gələcək.
- “İnter”ə necə gəldin?
- Komandanın baş məşqçisi Kaxaber Sxadadze mənə zəng vurdu və “İnter”ə dəvət etdi. Mən dərhal Slavko Georgiyevskilə əlaqə saxladım və öncə dediyim kimi, o, mənə Bakıya gəlməyimi məsləhət gördü.
- Sənə başqa təkliflər də edilmişdi, o cümlədən səninlə Romanın “Latsio” klubunun nümayəndələri də maraqlanmışdılar...
- Bəli, bir çox təkliflər olunmuşdu. Lakin onlarla yalana meylli olan agentlər məşğul olurdular. Onlar çox zaman şəxsi mənfəətləri naminə futbolçulara yalan danışırlar.
- Bəs, sənin şəxsi agentin?
- Bəli, mənim Makedoniyadan olan şəxsi agentim var, onun əlaqələri sayəsində Bakıya gəldim. O, əvvəllər də Azərbaycana gəlməyimi təklif edirdi, lakin ailə problemlərimə görə gözləməsini xahiş etmişdim.
- Ukraynada ölkə kubokunun sahibi oldun və “Vorskla” nın heyətində UEFA Kubokunda çıxış etdin...
- Bu, “Vorskla”nın tarixində ən yaxşı il oldu. Həmin mövsüm “Şaxtyor” UEFA Kubokunu qazandı, biz də onu Ukrayna Kubokunun finalında məğlub etdik. Bu, bir çoxlarını bizimlə hesablaşmağa vadar etdi, rəqiblər bizimlə hesablaşmağa və “Vorskla”dan ehtiyat etməyə başladılar. Bizim güclü komandamız vardı.
- Sən 13 nömrəyə üstünlük verirsən, “İnter”dəsə bu nömrə artıq boş deyil və buna görə 12-ci nömrəni seçdin. Amma hər halda bilmək maraqlı olardı: bu nömrəyə maraq haradandır? Axı, bir çoxları üçün həmin nömrə uğur gətirməyən nömrədir?
- Ona görə ki, anam ayın 13-də anadan olub, özü də beşinci gün. Məhz buna görə həmin nömrəyə üstünlük verirəm.
- Ləqəbin varmı?
- Hər yerdə məni Filip çağırırlar, amma hərdən “Despot” da...
- Despot? Rus dilində “despot” sözü “tiran”, “əzazil hömkdar” mənasını verir...
- Bəli, bilirəm. O Makedoniya dilində də eyni məna daşıyır. Lakin mən heç zaman atamdan ailə soyadımızın tarixi barədə soruşmamışam. Ola bilər ki, babam bilirdi, ancaq ondan da soruşmamışam.
- Bir vaxtlar “İnter” sənin çıxış etdiyin “Vardar” komandasının düşməni olan “Rabotniçki” komandasını məğlub etmişdi. Bu iki komandanın münasibətləri, ümumilikdə Makedoniya futbolu barədə danışardın.
- Hazırda Makedoniyada futbol lazımi səviyyədə deyil. “Vardar”-doğma klubumdur və mənim üçün kədərlidir ki, komanda hazırda heç də yaxşı günlərini yaşamır. Baxmayaraq ki, “Vardar” Makedoniyanın titullu klublarından biridir və ən zəngin tarixi var, indi komandada pul yoxdur və problem çoxdur. “Vardar” və “Rabotniçki” komandalarının münasibətləri barədə nə demək olar? Onlar Makedoniyanın iki ən prinsipial komandalarıdır və tarix boyu İspaniyada “Barcelona” və “Real” , yaxud İngiltərədə “Mançester Yunayted” və “Liverpul” kimi rəqabət aparırlar.
- Uşaqlığında kumirin vardımı? Ola bilər, indi də heyranı olduğun futbolçu var?
- Vardı. O zaman Balkanlarda bizim bir ölkəmiz vardı-Yuqoslaviya və mən Deyan Saviçeviçin oyununa valeh olmuşdum.
- Bəs, müstəqil Makedoniyanın məşhur futbolçusu Artim Şakiri necə? Onunla tanışlığın var?
- Əlbəttə, onunla millidə tanış olmuşdum. Bundan başqa bilirəm ki, o, Azərbaycanda, “Qarabağ”ın heyətində çıxış edib.
- Hansı futbolçu ilə eyni komandada oynamağı arzulayardın?
- Bəli, mən arzulamışdım və arzum gerçəkləşmişdi. O, vaxtilə “Barcelona”da çıxış etmiş braziliyalı Covannidir. Onunla mən Yunanıstanın “Etnikos” komandasında çıxış etmişik. Onun oyun tərzindən çox xoşum gəlirdi. Covanni əla hücumçu idi.
- “İnter”in çıxışından nə gözləyirsən? Komanda sənin karyeranda yeni səhifədir...
- Yalnız uğur gözləyirəm. “İnter” güclü komandadır, bu mövsüm çempion titulunu qorumaq və Azərbaycan Kubokunu qazanmaq istəyirik. Axı, mən heç zaman çempionat qalibi olmamışam. Buna “İnter”in heyətində nail olmaq istəyirəm.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı