“Fənərbaxça”nın sabiq futbolçusu casus çıxdı

“Fənərbaxça”nın sabiq futbolçusu casus çıxdı
XƏBƏR 16 Sentyabr 2010 / 14:43 2096
-  A +

Türkiyənin “Fənərbaxça” klubunun sabiq futbolçusu Andreas Vagenhausun keçmiş Almaniya Demokratik Respublikasının (ADR) casusu olduğu üzə çıxıb. Lent.az-ın İsveçrənin “Tages Anzeiger” qəzetinə istinadən verdiyi məlumata görə, Vagenhaus 1989 – 1993-cü illərdə “Dinamo” (Drezden) komandasında oynadığı vaxt ADR-in STASİ adlı kəşfiyyat orqanına “işləyib”.
O, komanda yoldaşı Detlef Şösslerlə birgə bu işi həyata keçirib. Hər iki oyunçu “Dinamo” Avropa kuboku matçlarına gedərkən, komandadakı digər oyunçuların ADR-dən qaçma planlarını STASİ-yə ötürüblər.
Qeyd edək ki, Andreas Vagenhaus 1993-1994-cü il mövsümündə “Fənərbaxça”ya transfer olub. İstanbul klubu ilə 2 illik müqavilə bağlayan müdafiəçi 20 oyunda 1 qol vurub. O, müqaviləsi başa çatmadan mövsümün sonunda qarşılıqlı razılıq əsasında komandanı tərk edib. Vagenhaus 1990-cı ildə ADR yığmasının heyətində 3 matçda iştirak edib. 1991-ci ildə ADR Almaniya Federativ Respublikasına birləşərək, vahid Almaniyaya çevrilib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord