Valensiya 6 ay sonra yaşıl meydanlara qayıda biləcək

Valensiya 6 ay sonra yaşıl meydanlara qayıda biləcək
XƏBƏR 16 Sentyabr 2010 / 14:22 1981
-  A +

Çempionlar Liqasının “Reycers”lə matçında ayağından ciddi zədə alan “Mançester Yunayted”in oyunçusu Antonio Valensiyanın bu mövsümün sonunadək oynamamaq təhlükəsi olsa da, onu müayinə edən həkim ümid verən açıqlamalarla hər kəsi sevindirib. Qol.Az-ın məlumatına görə, Nikola Maffuli oyunçunun altı ay sonra yaşıl meydana dönə biləcəyini vurğulayıb: “Valensiyanın zədəsi həqiqətən də çox ciddidir. Çapraz yan bağlarının qopması qırıqdan da ciddi bir zədədir. Çünkü bağlar qopduqdan sonra heç bir zaman qırıqlar qədər yaxşılaşmır”.
Alan Smitin uzun sürən zədədən sonra bir daha əvvəlki formasına qayıda bilməməsindən sonra Valensiyanın da eyni aqibətlə üzləşəcəyindən narahat olan “Mançester Yunayted” tərəfdarlarını rahatlaşdıran açıqlamalar verən Maffuli, bunun yersiz olduğunu, ancaq oyunçunun karyerasının ardından bəzi davamlı problemlərlə üzləşməsinin mümkünlüyünü də bildirib.


Son xəbərlər