Bu gün Avroliqada da əsas mərhələ start götürür

Bu gün Avroliqada da əsas mərhələ start götürür
DÜNYA FUTBOLU 16 Sentyabr 2010 / 13:08 2210
-  A +

Srağagün start götürən UEFA Çempionlar Liqasının ardınca bu gün Avropa Liqasında da qrup mərhələsinin ilk turunun oyunları keçiriləcək. Qol.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində 48 komanda 12 qrupda mübarizəyə start verəcək.
Azərbaycan futbolsevərləri üçün çox güman ki, daha çox maraq doğuran komanda qardaş Türkiyənin avroliqadakı yeganə təmsilçisi “Beşiktaş”dır. SSKA-sı (Sofiya), “Porto” və “Rapid”lə eyni qrupda yer alan “qara qartallar” ilk sınağına doğma azarkeşləri qarşısında Bolqarıstan klubuyla oyunda çıxacaq. Turnirin son qalibi olan Madrid “Atletiko”su yeni mövsümün açılışını səfərdə Yunanıstanın “Aris” klubuyla edəcək. Avroliqanın qrup mərhələsinə düşməyə çox yaxın olmasına rəğmən, yeganə təmsilçimiz “Qarabağ”ı hər iki oyunda yenib, yarışlara davam edən Dortmund “Borussiya”sı da ilk oyununu səfərdə keçirəcək. Almanlar Ukraynada Türkiyənin “Qalatasaray” klubunu turnirdən kənarlaşdıran “Karpatı”nın qonağı olacaq.
Bu gün keçiriləcək bütün oyunların tam siyahısı isə aşağıdakı kimidir:

Avropa Liqası, qrup mərhələsi
1-ci tur
16 sentyabr

A qrupu
22:00. “Zaltsburq” (Avstriya) – “Mançester Siti” (İngiltərə)
22:00. “Yuventus” (İtaliya) – “Lex” (Polşa)

B qrupu
22:00. “Aris” (Yunanıstan) – “Atletiko” (Madrid, İspaniya)
22:00. “Bayer” (Almaniya) – “Rusenborq” (Norveç)

C qrupu
22:00. “Lill” (Fransa) – “Sportinq” (Portuqaliya)
22:00. “Levski” (Bolqarıstan) – “Gent” (Belçika)

D qrupu
22:00. “Dinamo” (Xorvatiya) – “Vilyarreal” (İspaniya)
22:00. “Brügge” (Belçika) – PAOK (Yunanıstan)

E qrupu
22:00. “Alkmaar” (Hollandiya) – “Şerif” (Moldova)
22:00. “Dinamo” (Kiyev, Ukrayna) – BATE (Belarus)

F qrupu
22:00. “Sparta” (Çexiya) – “Palermo” (İtaliya)
22:00. “Lozanna” (İsveçrə) – SSKA (Moskva, Rusiya)

G qrupu
00:05. “Anderlext” (Belçika) – “Zenit” (Rusiya)
00:05. AEK (Yunanıstan) – “Hayduk” (Xorvatiya)

H qrupu
00:05. “Ştutqart” (Almaniya) – “Yanq Boyz” (İsveçrə)
00:05. “Xetafe” (İspaniya) – “Odense” (Danimarka)

I qrupu
00:05. “Debretsen” (Macarıstan) – “Metallist” (Ukayna)
00:05. PSV (Hollandiya) – “Sampdoriya” (İtaliya)

J qrupu
00:05. “Karpatı” (Ukrayna) – “Borussiya” (Dortmund, Almaniya)
00:05. “Sevilya” (İspaniya) – PSJ (Fransa)

K qrupu
00:05. “Napoli” (İtaliya) – “Utrext” (Hollandiya)
00:05. “Liverpul” (İngiltərə) – “Styaua” (Rumıniya)

L qrupu
00:05. “Beşiktaş” (Türkiyə) – SSKA (Sofiya, Bolqarıstan)
00:05. “Porto” (Portuqaliya) – “Rapid” (Avstriya)


Son xəbərlər