Yoahim Löv Ballakın yenidən milliyə dönəcəyinə inanmır

Yoahim Löv Ballakın yenidən milliyə dönəcəyinə inanmır
XƏBƏR 16 Sentyabr 2010 / 12:23 1623
-  A +

AÇ-2012-nin seçmə mərhələsində millimizlə eyni qrupda yer alan və komandamızın ilk oyununda 6:1 hesablı qələbəyə sevinən Almaniya yığmasının baş məşqçisi Yoahim Löv çalışdırdığı komandanın kapitanı Mihael Ballakın növbəti qitə çempionatına getməsinin çətin olduğunu açıqlayıb. Qol.Az-ın məlumatına görə, Bundestimin çalışdırıcısı artıq təcrübəli futbolçunun əvvəlki formasını bərpa edəcəyinə inanmır: “Ballak komandaya liderlik edəcək performansa sahib olduğunda bizim üçün vazkeçilməz oyunçudur. Ancaq Bastian Şvaynştayger və Sami Xediranın hazırda ondan qat-qat öndə olduğunu ve arxadan da bir çox perspektivli gəncin gəldiyini Ballakın özünə də dedim”.
Son dövrlərdə tez-tez sədə problemi ilə üzləşən Ballakın 35 yaşında 2012-ci ildə keçiriləcək Avropa çempionatında iştirak etməsi üçün çox çalışmağının vacibliyini vurğulayan Löv “her oyunçunun ən yaxşı səviyyədə oynadığı bir dönəm vardır. Bu dönəm keçdiyində oyunçu onu hiss etməlidir” açıqlamasında da bulunub.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın