Millimiz məktəb komandası üzərində qələbə qazandı

Millimiz məktəb komandası üzərində qələbə qazandı
XƏBƏR 16 Sentyabr 2010 / 11:54 1731
-  A +

15 yaşadək qızlardan ibarət Azərbaycan yığması növbəti yoxlama matçını keçirib. Qol.Az-ın məlumatına görə, millimiz 9 saylı Səbail İdman Məktəbinin oğlanlardan təşkil olunmuş U-13 komandası ilə oyunda qüvvəsini sınayıb. Qarşilaşma 2:1 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. U-15-in heyətində Əminə Heydərova və Aysun Əliyeva fərqləniblər.


Son xəbərlər