Almaniya yığmasının qapıçısı: “Lemann dəlixanada yatırılmalıdır”

Almaniya yığmasının qapıçısı: “Lemann dəlixanada yatırılmalıdır”
XƏBƏR 16 Sentyabr 2010 / 11:34 2067
-  A +

Bremen “Verder”inin qapıçısı Tim Vays onun haqqında açıqlamalarda bulunan həmyerlisi Yens Lemannı kəskin tənqid atəşinə tutub. Qol.Az-ın məlumatına görə, buna səbəb bir müddət öncə futbolu buraxan Lemannın Vaysı “Tottenhem”lə oyunda sərgilədiyi oyuna görə tənqid etməsi səbəb olub. Qeyd edək ki, Çempionlar Liqasının qrup mərhələsinin açılış matçında “Tottenhem”lə doğma meydanda qarşılaşan “Verder” 2:2 hesablı bərabərliklə ayrılmışdı. Lakin özünə yönələn tənqidi fikirlərdən narazı qalan Tim Vays həmyerlisini təhqir etməkdən belə çəkinməyib. O, “Deyli Meyl”ə açıqlamasında Almaniya yığmasında uzun müddət forma geymiş həmyerlisi haqda bunları söyləyib: “Lemann, ya “Muppet Şou”ya çıxmalı, ya da bir dəlixanada yatırılmalıdır”.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi