Çempionlar Liqasında sülhsüz gecə

Çempionlar Liqasında sülhsüz gecə
DÜNYA FUTBOLU 16 Sentyabr 2010 / 11:05 2230
-  A +

UEFA Çempionlar Liqasının qrup mərhələsində ilk turun oyunlarına yekun vurulub. Qol.Az-ın məlumatına görə, ilk oyun günündə olduğu kimi, dünən də 4 qrupda 8 qarşılaşma baş tutub. Heç-heçənin qeydə alınmadığı gündə meydan sahiblərinin əksəri qələbəyə sevinib. Yalnız F qrupunda səfərdə çıxış etmələrinə baxmayaraq, Moskva “Spartak”ı ilə “Çelsi” meydan sahibləri üzərində qələbə qazanan tərəf olub. Elə gecənin ən sürpriz nəticəsinə də Rusiya klubu imza atıb. Şimal qonşularımız Fransanın “Olimpik” (Marsel) klubu üzərində minimal hesablı qələbəyə imza atıb. İngiltərə çempionatında qarşısına çıxanı əzib-keçən “Çelsi” bu uğurunu ÇL-də də davam etdirib. Karlo Ançelottinin komandası “Jilina”nı böyük hesabla məğlub edib.
E qrupunda isə ilk turun mərkəzi oyununda “Bavariya” “Roma”nı qəbul edib. Matçda uzun müddət qol qeydə alınmasa da, ÇL-in son finalçıları son 10 dəqiqədə italyanların qapısından iki cavabsız top keçirməklə, ilk 3 xalını bayram edib. Qrupun digər oyununda isə ÇFR “Bazel”i doğma azarkeşlərinin gözü qarşısında məğlub etməyi bacarıb.
“Ölüm qrupunda” (G) “Real”la “Milan” hər ikisi eyni hesablı (2:0) qələbəyə sevinib. İspanlar “Ayaks”ı, italyanlar isə “Oser”i evə xalsız və qolsuz yola salıb.
Gecənin ən qollu qarşılaşması isə Londonda baş tutub. “Arsenal” “Braqa”nı qrup mərhələsinə çıxmasına peşman edib. Rəqib qapısından 6 cavabsız top keçirən ingilislər bununla həm də cari mövsümün ən böyükhesablı zəfərinin müəllifinə çevriliblər. “Şaxtyor” isə “Partizan”la oyunda 3 xalı 1 qolla qazanıb.

UEFA Çempionlar Liqası, qrup mərhələsi
1-ci tur
15 sentyabr

E qrupu
“Bavariya” (Almaniya) – “Roma” (İtaliya) – 2:0

Qollar: Müller, 79. Kloze, 83.

ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə) – 2:1
Qollar: Rada, 9. Traore, 12 – Stoker, 45.

F qrupu
“Olimpik” (Marsel, Fransa) – “Spartak” (Moskva, Rusiya) – 0:1
Qollar: Azpilkuetta, 82-öz qapısına.

“Jilina” (Slovakiya) – “Çelsi” (İngiltərə) – 1:4
Qollar: Aleks, 55-öz qapısına - Essyen, 13. Anelka, 23; 28. Starriç, 48.

G qrupu
“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) – 2:0

Qol: İquayn, 30; 73.

“Milan” (İtaliya) – “Oser” (Fransa) – 2:0
Qol: İbrahimoviç, 66; 69.

H qrupu
“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya) – 6:0
Qollar: Fabreqas, 9-pen.; 53. Arşavin, 30. Şamax, 34. Vela, 69; 84.

“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya) – 1:0
Qol: Srna, 71.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord