“Mançester Yunayted”in Valensiya dərdi

XƏBƏR 15 Sentyabr 2010 / 17:27 1922
-  A +

Çempionlar Liqasının C qrupunda yer alan “Mançester Yunayted” və “Reyncers” klubları arasında baş tutan oyunda xoşagəlməz hadisə yaşanıb. Qol.Az-ın məlumatına görə, matçda “Mançester Yunayted” klubunun ekvadorlu futbolçusu Luis Antonio Valensiyanın ayağı sınıb. Rəqib komandanın oyunçusu Kirk Brodfurt ekvadorlu futbolçuya qarşı sürüşmə fəndi həyata keçirib. Bundan sonra Valensiya bütün bədəninin ağırlığı ilə ayağı üstdə düşüb. Nəticədə futbolçunun ayağı sınıb və dərhal meydandan xərəklə çıxarılıb. Onun yerinə isə uelsli futbolçu Rayan Giqqz oyuna daxil olub.
Xatırladaq ki, “Mançester Yunayted” - “Reyncers” matçında 0:0 hesabı ilə nəticələnib.


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı