Ərtoğrul Sağlam: “Valensiya” bizə həqiqətləri göstərdi

Ərtoğrul Sağlam: “Valensiya” bizə həqiqətləri göstərdi
XƏBƏR 15 Sentyabr 2010 / 15:57 1946
-  A +

Türkiyənin “Bursaspor” klubunun baş məşqçisi Ərtoğrul Sağlam dünən Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda İspaniyanın “Valensiya” klubuna böyük hesabla uduzduqlarına görə bütün azarkeşlərdən üzr istəyib. Qol.Az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında bunları dilə gətirib: “İspanların ilk qolu çox gözəl idi. Rəqib üçüncü qolu qapımızdan keçirməsəydi, bəlkə də oyunun gedişində dəyişiklik ola bilərdi. Qarşıda hələ 5 oyunumuz var. “Valensiya” ilə oyun bizə həqiqətləri göstərdi. Azarkeşlərimizə də üzüntülü anlar yaşatdıq, bağışlasınlar. Bundan sonra daha yaxşı oynayacağıq”.


Son xəbərlər