Çempionlar Liqasının qalibinə 9 milyon avro veriləcək

Çempionlar Liqasının qalibinə 9 milyon avro veriləcək
XƏBƏR 15 Sentyabr 2010 / 15:22 1652
-  A +

2010-2011-ci il mövsümündə Çempionlar Liqasının qrup mərhələsində çıxış edən futbol klubları ən azı 7,2 milyon avro qazanacaqlar.
Lent.az-ın məlumatına görə, UEFA-nın mətbuat xidməti ümumi gəlirin bölgüsü sisteminə əsasən belə açıqlama yayıb.
32 klubun hər biri qrup mərhələsində iştirak müqabilində 3,9 milyon avro alacaq. Üstəlik, nəticədən asılı olmayaraq, keçirilən oyun qarşılığında klubların hər birinə 550 min avro ödəniləcək. Qrup mərhələsində hər qələbə daha 800 min avro, hər heç-heçə isə daha 400 min avro ilə qiymətləndiriləcək.
Sonrakı mərhələlər üçün də ayrıca bonuslar nəzərdə tutulub. 1/8 finala yüksələn 16 komandanın hər biri əlavə 3 milyon avro, ¼ final mərhələsi iştirakçıları 3,3 milyon avro, yarımfinalçılar 4,2 milyon avroya sahib çıxacaqlar. Turnirin qalibi 9 milyon avro, finalçı isə 5,6 milyon avro qazanacaq.
Qrup mərhələsinin iştirakçıları teleyayım hüququnun satışından gəlirin bir hissəsini də əldə edəcəklər. Hər bir kluba ödəniləcək mükafatın məbləği təmsil etdiyi ölkənin televiziya bazarındakı çəkisindən, keçirilən oyunların sayından və daxili çempionatdakı mövqeyindən asılı olacaq. Çempionlar Liqası qarşılaşmalarına bilet satışından gəlirlər də yalnız klublara ödəniləcək.


Son xəbərlər