“Bavariya” hollandları məhkəməyə verəcək

XƏBƏR 15 Sentyabr 2010 / 14:43 1712
-  A +

Almaniyanın ən böyük klubu olan “Bavariya” Hollandiya Futbol Federasiyasını məhkəməyə verə bilər. Lent.az-ın “Bilckpunkt Sport” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Ariyen Robbenin hələ də zədəli olmasıdır.
Münhen klubunun idarə heyətini üzvü Karl Haynz Rumenige bildirib ki, tezliklə futbolçu sağalmasa məhkəmə qaçılmaz olacaq: “Dünya çempionatı başlamazdan əvvəl Robben zədələnmişdi. Buna baxmayaraq, onlar futbolçunu çempionata apardılar və zədə daha da ciddiləşdi. Artıq neçə aydır ki, Robben komanda məşqlərimizdə iştirak etmir. Biz nəinki federasiyanı, həkimi də məhkəməyə verəcəyik. Heç olmasa, kluba dəyən maddi ziyanı ödəsinlər”.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord