Çempionumuz Gürcüstan klubuna ikinci oyunda da uduzdu

XƏBƏR 15 Sentyabr 2010 / 14:20 1732
-  A +

Futzal üzrə UEFA Kubokunun oyunlarına hazırlaşan "Araz" daha bir yoxlama oyunu keçirib. Qol.Az-ın məlumatına görə, Azərbaycan çempionunun bu dəfəki rəqibi də Gürcüstan çempionatının son qalibi "İberiya Star" klubu olub. Bakı İdman Sarayında keçirilən oyun gürcülərin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb. "Araz"ın heyətində rəqib qapısına Vitali Borisov, Rizvan Fərzəliyev və Eder Antonio Souza De Oliveyra yol tapıb.
Xatırladaq ki, "Araz" iki gün öncə "İberiya Star"la keçirdiyi ilk yoxlama oyununda da məğlub olmuşdu - 2:3.

Daha çox


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın