Millimiz FİFA-nın reytinq cədvəlində 3 pillə irəlilədi

Millimiz FİFA-nın reytinq cədvəlində 3 pillə irəlilədi
ÖLKƏ FUTBOLU 15 Sentyabr 2010 / 14:00 2353
-  A +

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Qol.Az-ın məlumatına görə, yığmamız ötən ayla müqayisədə 3 pillə irəliləyərək, 102-ci pilləyə yüksəlib. Komandamızın hesabında 287 xalı var. Halbuki, almaniyalı baş məşqçi Berti Foqtsun çalışdırdığı komandamız AÇ-2012-nin seçmə mərhələsinə məğlubiyyətlə başlamışdı. Xatırladaq ki, millimiz cari seçmə tsikldəki ilk oyununda səfərdə Almaniya yığmasına 1:6 hesabıyla darmadağın olmuşdu. Komandamıza acı məğlubiyyəti yaşadan Bundestim də irəliləməyə nail olub. Yoahim Lövün çalışdırdığı komanda bir pillə irəliləməklə (1490 xalla) Braziliyanı 3-cü pillədən sıxışdırmağa nail olub. Almanlar kimi qrupumuzun digər favoritlərindən Türkiyə millisi də cədvəldəki mövqeyini yaxşılaşdırıb. “Ay-ulduzlular” 7 pillə irəliləyərək 882 xalla 21-ci pilləyə yüksəlib.
Qrupumuzdakı digər rəqiblərimiz isə geriləyib. Ən pis göstəriciyə Belçika imza atıb. “Neftçi”nin şərəfini qoruyan Emil Mpenzanın komandası 14 pillə geriləyərək, 526 xalla 62-ci pillədə qərarlaşıb. Avstriya və Qazaxıstan milliləri isə 1 pillə geriləyib. Hazırda avstriyalılar 528 xalla 61-ci, Qazaxıstan millisi isə 171 xalla 126-cı yerdə qərarlaşıb.
Bütövlükdə isə reytinq cədvəlinə yenə son dünya çempionu İspaniya yığması (1824 xalla) başçılıq edir. Mundialın digər finalçısı Hollandiya millisi də 1663 xalla 2-ci pillədəki mövqeyində qalıb.

Daha çox


Son xəbərlər