“Turan” telekanallara qoyduğu qadağada dəyişiklik etdi

“Turan” telekanallara qoyduğu qadağada dəyişiklik etdi
XƏBƏR 15 Sentyabr 2010 / 13:08 1636
-  A +

"Turan" bir neçə gün əvvəl yaydığı bəyanatı təkzib edib. Qol.Az-ın məlumatına görə, ötən həftənin son günlərində komandanın ev oyunları üçün telekanallara qadağa qoyan və bununla bağlı rəsmi saytı ilə bəyanat yayan Tovuz klubu həmin bəyanatı texniki yalnışlıq adlandırıb: "Ötən həftə teleyayımla bağlı yayılan bəyənatda texniki səhv gedib. "Ev oyunlarımızda stadiona PFL və qonaq komandanın kameralarından başqa digərlərinin girişi qadağan olunacaq" cümləsi "PFL-də qeydiyyatdan keçməmiş və akreditə olunmamış kanalların stadiona girməsinə icazə verilməyəcək, stadiona PFL və qonaq komandanın kameralarından başqa digərlərinin girişi qadağan olunacaq" kimi olmalı idi. Yenilənmiş bəyanatda komandanın ev oyunlarının yayım hüququnu əldə etmək istəyən telekanallar işbirliyinə də dəvət edilib.


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın