Qardaşının ölkəmizdə oynamasını Qoran Pandev istəyib

Qardaşının ölkəmizdə oynamasını Qoran Pandev istəyib
XƏBƏR 15 Sentyabr 2010 / 12:53 2097
-  A +

İtaliya "İnter"inin məşhur makedoniyalı futbolçusu Qoran Pandev kiçik qardaşı Saşko Pandevin Azərbaycana gəlməsində əsas pay sahiblərindən olub. Qol.Az-ın məlumatına görə, "Muğan"a keçən Saşko bu addımı məhz qardaşının məsləhəti ilə atıb. Bu barədə "İnter"in hücumçusu Rövşən Əmiraslanov paytaxt klubunun rəsmi saytına verdiyi müsahibədə xəbər yayıb: "Bəzi yerli futbolçuların ehtiyatda qalmaqdan məmnun olmaları barədə fikir səhvdir Əgər futbolçulardan kimsə belə davranırsa, çox səhv edir. Axı, futbolu təkcə pula görə oynamırlar. Tanınmış Qoran Pandevin qardaşı Saşko Pandevi nümunə gətirmək istəyirəm. Onunla hələ "Muğan"a keçməmişdən öncə bir yerdə oturmuşduq. Qardaşı ona zəng etdi və maliyyə şərtlərindən asılı olmayaraq müqaviləni imzalamasını məsləhət etdi. Qoran narahat idi ki, qardaşı oyun praktikasından ayrı düşəcək və formasını itirəcək. Axı, o İtaliyada kifayət qədər qazanır və kiçik qardaşına asanlıqla yardım edə bilər. Avropada belə məsələlərə başqa prizmadan yanaşırlar. Əgər futbolu yalnız pula görə oynayırsansa, bunu etməmək daha yaxşıdır".


Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi