Sissoko zədələndi, Jaba “Bakı”nın qapıçısı oldu

XƏBƏR 15 Sentyabr 2010 / 11:36 2067
-  A +

"Bakı" Unibank Premyer Liqasının növbəti turunda qarşılaşacağı "Simurq"la oyunun hazırlıqlarına başlayıb. Qol.Az-ın paytaxt klubunun rəsmi saytına istinadən məlumatına görə, komandanın dünənki məşqi Azərbaycan Dövlət Bədən Tərbiəsi və İdman Akademiyasının stadionunda keçirilib.
Məşq saat 18.30-da start başlayıb və Xalidu Sissoko istisna olmaqla bütün futbolçular hazırlıqlarda iştirak edib. Seneqallı qolkiper isə zədələndiyi üçün dünənki məşqi buraxıb. Məşqin sonunda diqqətçəkən məqamlardan biri Jabanın qapıçı əlcəkləri geyinərək qapıda dayanması olub. Bununla da komanda yoldaşları Jabanın qapıçılıq məharətinin də olduğunu görüblər.
"Bakı" bu gün 2 məşqə çıxacaq. Vinfrid Şeferin yetirmələri günün birinci yarısında ADBTİA stadionunda (saat 10.00-da), axşam isə "Bakı"nın təlim-məşq bazasının süni örtüklü meydançasında keçiriləcək. Saat 17.00-da baş tutacaq ikinci məşqin süni örtükdə keçirilməsinə səbəb isə bazar günü keçiriləcək oyunun süni örtükdə oynanılmasıdır.
Qeyd edək ki, "Bakı", "Simurq"la sentyabrın 19-da səfərdə qarşılaşacaq.


Son xəbərlər