Arif Əsədov: “Futbolçular bir-birini anlamaqda çətinlik çəkirdi”

Arif Əsədov: “Futbolçular bir-birini anlamaqda çətinlik çəkirdi”
XƏBƏR 15 Sentyabr 2010 / 00:14 1979
-  A +

“Bugünkü oyunda yaxşı oynamasaq da, qalib gəldik. Futbolda belə də olur”. Qol.Az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Arif Əsədov söyləyib.
Bu gün Unibank Premyer Liqasının 5-ci turundan təxirə salınan oyunda “Muğan”ı qəbul edən və minimal hesablı qələbəyə sevinən paytaxt klubunun çalışdırıcısı mətbuat konfransında daha sonra bunları vurğulayıb: “Komandanın oyununun yaxşı alınmamasında futbolçuların milli komandaların düşərgəsində olması və oyunun başqa tarixdə keçirilməsi təsir etdi. Futbolçular bir-birini anlamaqda çətinlik çəkirdi. Son iki gündə həm təbii, həm də süni örtüklü meydançalarda məşq etməyimiz də oyunumuza təsir edən amillərdəndir".


Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın

18.04.24  13:34

Noyerdən yeni rekord