“Neftçi”nin sabiq oyunçusu Ukrayna çempionatında

“Neftçi”nin sabiq oyunçusu Ukrayna çempionatında
XƏBƏR 14 Sentyabr 2010 / 18:18 2232
-  A +

“Neftçi”nin keçmiş üzvü Adrian Nyaqa bundan sonra karyerasını Ukraynanın “Volın” komandasında davam etdirəcək. Qol.Az-ın Lutsk klubunun rəsmi saytına istinadən məlumatına görə, Unibank Premyer Liqasında top qovmuş oyunçuyla artıq rəsmi müqavilə də bağlanıb. Rumıniyalı futbolçunun ötən həftə yeni komandasının heyətində rəsmi oyunda debüt etdiyini və 90 dəqiqə mübarizə apardığını da vurğulayaq.
Qeyd edək ki, “Neftçi”nin ötən mövsüm ən sərrast oyunçularından olan Nyaqa sona bir neçə tur qalmış digər legionerlərlə birgə heyətdən kənarlaşdırılmışdı.


Son xəbərlər